Çay evi kimi fəaliyyət göstərmiş məktəb BAĞLANDI
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Ağdamdan olan keçmiş məcburi köçkünlərin təhsil aldığı 89 nömrəli məktəbin bağlandığı iddia olunur.
"Bakupost" xəbər verir ki, bu barədə “oxu.az”a həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər.
Qeyd olunur ki, onlara məktəbin bağlanması ilə bağlı hər hansı bir xəbərdarlıq edilməyib:
"Məktəbin yerləşdiyi bina icarəyə götürülüb. Artıq üç gündür ki, dərslər dayandırılıb. Dəqiq səbəb göstərmirlər. Sadəcə bildirirlər ki, gözləmək lazımdır. Məktəbin binası əvvəllər çay evi olub. Sonradan təhsil müəssisəsinə çeviriblər. Hazırda nə vaxt açılacağı ilə bağlı məlumat yoxdur. Məktəbdə I, IX siniflər təhsil alır. Yeddi otaq var idi".
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.
Bu mövzuda digər xəbərlər:Hücumdan sonra həmin məktəb BAĞLANDI
17 Aprel 2026 17:36
Kiyevdəki Amerika evi BAĞLANDI
07 Fevral 2025 08:52
Moldovada “Rus Evi” BAĞLANDI
13 Noyabr 2025 21:38
On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI
18 Fevral 2026 19:01
Məşhur şadlıq evi BAĞLANDI FOTO
08 Aprel 2025 20:16
Baxış sayı:82
Bu xəbər 21 Sentyabr 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















