Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Çay evinə apardığı sevgilisini yolda öldürmək qərarı aldı Goranboyda dəhşət

Çay evinə apardığı sevgilisini yolda öldürmək qərarı aldı Goranboyda dəhşət

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Goranboy rayonunda 1997-ci il təvəllüdlü Azər sevgi münasibətində olduğu Aydanı (adlar şərtidir – red.) öldürməyə cəhd edib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin noyabrın 22-də Goranboy rayonunun Nərimanlı kəndində baş verib. 
Lerik rayon sakini Azər həmin gün saat 12:30-da özünə məxsus “Vaz-2107” markalı avtomobili ilə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Aydanı işlədiyi Goran qəsəbəsində çay evinə aparıb. 
Bu zaman yolda onların aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə szamanı Nərimanlı kəndinin ərazisində avtomobili yolun kənarına çəkərək saxlayıb. Aralarındakı mübahisə gərginləşdiyi üçün Aydanı öldürmək qərarına gəlib. 
Azər öz niyyətini həyata keçirmək məqsədilə avtomobilin qolaltı saxlanc yerində saxladığı mətbəx bıçağını götürərək onun baş və kürək nahiyələrindən çoxsaylı zərbələr vurub. 
Aydan çağırılan təcili tibbi yardım avtomobili ilə Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vaxtında göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edilib. 
Azərin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib. 
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, hadisəni zamanı nə baş verdiyini və hansı əməli törətdiyini tam olaraq xatırlamır. O, hazırda müalicə olunmaq istədiyini bildirib.
Zərərçəkmiş Aydan ifadəsində göstərib ki, Azərlə hadisədən 6-7 ay əvvəl tanış olub və sevgi münasibətləri yaranıb:
“Tanış olandan 1-2 ay sonra Azər fikrinin ciddi olduğunu, mənimlə evlənmək istədiyini bildirdi. Mən də evlənmək istəmədiyimi, onunla sadəcə dost kimi münasibət qura biləcəyimi dedim. Bundan sonra Azər ondan ayrılsam, məni öldürəcəyini dedi, hədələməyə başladı. Buna görə tez-tez mübahisə etdik”. 
Aydan qeyd edib ki, bir müddət sonra Azərlə münasibəti kəsib: “Hadisədən bir gün əvvəl İlqar adlı tanışım ilə yeni aldığım evimə baxmağa gedəndə Azər binanın həyətinə gəldi, siqnal verdi. O, avtomobillə irəli gedir, gedib-gəldi. Həmin gün Azər Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi və mənim evimdə kirayədə qaldığını, evdə olan paltarlarını özünə vermədiyimi deyərək şikayət etdi. Ertəsi gün polis əməkdaşı mənə ona zəng edərək Azərin şikayət etdiyini, polis şöbəsinə gələrək izahat verməli olduğumu dedi. Bundan bir qədər sonra da Azər zəng edərək mənimlə sonuncu dəfə görüşüb, danışmaq istədiyini dedi. Mən də danışmaq istəmədiyimi dedim və  onunla görüşməkdən imtina etdim. Azər içkili olaraq məndən şikayət etdiyni, birlikdə polis şöbəsinə gedərək izahat verməyi təklif etdi. Mən də razılaşdım. Azərin avtomobili birlikdə polis şöbəsinə gedərək izahat verdik”. 
Aydanın ifadəsinə görə, polis şöbəsində qayıdan zaman yolda Azər ona çox yalan danışdığını deyib: “O,  ağlayaraq onu bağışlamağımı istədi. Mən də onunla ciddi fikirlə münasibət qurmadığımı bildirdim, məndən uzaq durmasını dedim. Bundan sonra Azər “demişdim axı məndən uzaqlaşsan səni öldürəcəm” deyə-deyə avtomobilin qolaltı saxlanc yerinə qoyduğu bıçağı çıxardı. Bir əli ilə sinəmdən tutaraq digər əlindəki bıçaqla əvvəlcə başımdan zərbə endirdi. Sonra başıma 4 ədəd şıram çəkdi. Daha sonra boynuma, sol böyrümə və çiynimə zərbələr endirdi. Sonra bıçağı boğazıma dirədi. Həmin vaxt bıçaq tərsinə dayandığı üçün boğazımı kəsmədi. Güclə Azəri kənara itələdim və avtomobildən düşərək 20 metr qaçdım. Qarşıdan gələn avtomobilin qarşısını kəsdim və mənə köməklik etməsini istədim. Lakin sürücü mənə baxaraq getdi. Həmin vaxt Azər də avtomobillə məni arxadan vuraraq yoldan kənara atdı”.
İş üzrə şahid qismində dindirilən təqsirləndirilən şəxsin qanuni nümayəndəsi olan vildeyinin sözlərinə görə, Azər 5 yaşı olanda həyətdə yıxılıb və başı daşa dəyib: “Bundan sonra onda tez-tez qıcolmalar baş verdi, sudurqa keçirdi. Bir müddət sonra evdən qaçmağa başladı. Adını çəkəndə cavab vermədi, özünü idarə edə bilmədi. Dəfələrlə Lənkəran, Lerik rayonlarında və Respublika Psixiatriya Xəstəxanasında müalicə olunub. Azər dərman qəbul etdiyi müddətdə yaxşı olub. Dərman qəbul etmədikdə isə qeyri-adekvat hərəkətlər edib. Maddi imkanım olmadığından uzun müddətdir ki, onu müalicə etdirə bilməmişəm. Hadisəyə qədər Azərin Aydan adlı qadınla münasibətinin olduğundan xəbərim olmayıb”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilib.
Hökmdə göstərilib ki, təqsirləndirilən şəxsə tibbi xarakterli məcburi tədbir  Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasında həyata keçiriləcək. 
Qərarın icrası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına və Ədliyyə Nazirliyinin 2 saylı istintaq təcridxanasına tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see682

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see456

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see449

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see415

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see400

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see395

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see357

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see297

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see283

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see280

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see257

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see252

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see241

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see238

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see233

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see230

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see224

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri