Icma.az
close
up
RU
Çay saatlərində fərqlilik axtaranlara: Aebleskiver resepti

Çay saatlərində fərqlilik axtaranlara: Aebleskiver resepti

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Danimarka mətbəxinin ənənəvi şirniyyatlarından olan aebleskiver görünüşü ilə kiçik pankek toplarını xatırladır. Xüsusi gözlü tavada bişirilən bu nəfis un məmulatı çölü yüngülcə qızarmış, içi isə yumşaq toxuması ilə diqqət çəkir. Şəkər pudrası, mürəbbə və ya meyvələrlə təqdim edilən Aebleskiver resepti fərqli səhər yeməyi və şirniyyat reseptləri sınamaq istəyənlər üçün əla seçimdir.
Milli.Az nəfis ətirli aebleskiver reseptini təqdim edir:

Tərkibi:

2 stəkan un

2 xörək qaşığı şəkər tozu

1 çay qaşığı qabartma tozu

1 çay qaşığı soda (karbonat)

1 çimdik duz

2 ədəd yumurta

2 stəkan süd

2 xörək qaşığı əridilmiş kərə yağı

1 paket vanilin

Bişirmək üçün:

Kərə yağı və ya duru yağ

Üstü üçün (təqdimat):

Pudra şəkəri

Mürəbbə

Təzə meyvələr

Hazırlanması:
Geniş bir qabda un, şəkər, qabartma tozu, soda, duz və vanili qarışdırın.

Başqa bir qabda yumurtaları çalın.

Südü və əridilmiş kərə yağını əlavə edərək qarışdırın.

Maye qarışığı quru inqrediyentlərin üzərinə tökün.

Hamar və axıcı bir xəmir əldə edənə qədər qarışdırın. Xəmiri həddindən artıq çırpmamağa diqqət edin.

Aebleskiver tavasını orta odda qızdırın.

Hər bir gözü yüngülcə kərə yağı ilə yağlayın.

Xəmirdən gözlərin təxminən dörddə üçünü dolduracaq qədər tökün.

Xəmirlərin alt hissəsi bişməyə başlayanda çubuq və ya kiçik bir spatula vasitəsilə diqqətlə çevirin.

Aebleskiver toplarını çevirərək hər tərəfinin bərabər şəkildə qızarmasını təmin edin. İçlərinin də tamamilə bişdiyinə əmin olun.

Bişən Aebleskiver-ləri servis boşqabına yığın.

Üstünə pudra şəkəri səpib mürəbbə və təzə meyvələrlə süfrəyə verin.

Nuş olsun!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Avqust 2026 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see373

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see364

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see359

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see352

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see346

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see302

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see276

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see272

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see263

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see258

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see241

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see238

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see237

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see233

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see231

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see220

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see219

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see206

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see202

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri