Icma.az
close
up
RU
İngilis çay saati klassiki: Scone resepti

İngilis çay saati klassiki: Scone resepti

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çox az yoğrularaq hazırlanan bu xəmir sobada qat-qat yüksələrək içi bulud kimi yumşaq, çölü isə xəfif xırçıltıya sahib olur.

Milli.Az lazımi ərzaqları təqdim edir:
Un: 3 stəkan

Qabartma tozu: 1 xörək qaşığı

Toz şəkər: 3 xörək qaşığı

Duz: Yarım çay qaşığı

Kərə yağı: 75 qram (mütləq çox soyuq və kub şəklində doğranmış)

Soyuq süd və ya qaymaq: 1 stəkan

Yumurta: 1 ədəd (otaq temperaturunda)

Üzəri üçün:

1 yumurta sarısı + 1 xörək qaşığı süd (qarışdırılmış)

Çiyələk və ya moruq mürəbbəsi

Qaymaq və ya bərk çırpılmış qaymaq (krem)

Hazırlanma qaydası
Unu, qabartma tozunu, şəkəri və duzu geniş bir qaba ələyin. Soyuducudan çıxardığınız buz kimi soyuq kərə yağı kublarını unun içinə atın.

Barmaq uclarınızla yağı unla birlikdə əzin. Məqsəd, xəmir yoğurmadan yağı unla bütünləşdirərək nəm qum və ya xırda qırıntı görünüşü əldə etməkdir. (Ovucunuzun içini istifadə etməyin, əlinizin istiliyi yağı əritməməlidir).

Ayrı bir qabda soyuq süd və yumurtanı çalın. Bu maye qarışımı unlu qırıntıların mərkəzinə tökün.

Bir spatula və ya çəngəl vasitəsilə qarışımı yalnız bir-birinə yapışana qədər kobud şəkildə qarışdırın. Xəmiri əsla çörək xəmiri kimi yoğurmayın, əks halda sərtləşər. Xəmir toparlanan kimi qarışdırmağı dayandırın.

Xəmiri yüngülcə unlanmış dəzgahın üzərinə alın. Əlinizlə basaraq düzbucaqlı formasına gətirin. Xəmiri ortadan iki yerə qatlayıb təkrar basın (bu qatlama prosesi scone-ların qat-qat ayrılmasını təmin edir). 2-3 sm qalınlığında düz bir təbəqə halına gətirin.

Dairəvi bir peçenye kəsən və ya ağzı unlanmış bir su stəkanı ilə hamıradan dik şəkildə dairələr kəsin. Kəsəni sağa-sola çevirməyin, çünki kənarları əzilsə, xəmir yaxşı qabarmaz.

Çörəkləri yağlı kağız sərilmiş listə düzün. Üzərlərinə yumurta sarısı və süd qarışığını çəkin. Əvvəlcədən isidilmiş 200°C fırında, üzəri qızılı rəng alana qədər təxminən 12-15 dəqiqə bişirin.

Scone-ları isti ikən kəsib arasına qaymaq və mürəbbə qoyaraq, ənənəvi İngilis çay saati (Afternoon Tea) ritüelini yaşaya bilərsiniz. Nuş olsun!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 İyun 2026 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri