Çay və kofe bu halda içiləndə özefaqus xərçəngi yaradır
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Alimlərin araşdırmasına görə, çay və kofe qaynar halda içiləndə özofagus xərçəngi yaradır.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, bu barədə araşdırma "International Journal of Cancer" jurnalında dərc olunub.
Böyük Britaniyada aparılan yeni və miqyaslı bir araşdırma, gündəlik çay və qəhvə vərdişləri ilə bağlı vacib bir təhlükəni üzə çıxarıb.
Təxminən bir milyon insanın iştirak etdiyi tədqiqat göstərir ki, içkiləri müntəzəm olaraq həddindən artıq qaynar şəkildə içmək qida borusu (yəni özefaqus) xərçəngi riskini üç dəfəyə qədər artırır.
Oksford Universitetinin alimləri tərəfindən aparılan araşdırmada 977 mindən çox orta yaşlı şəxsin göstəriciləri təhlil edilib.
Mütəxəssislər 65°C və daha yüksək temperaturda olan bütün içkiləri "çox isti" və potensial risk mənbəyi kimi təsnif edirlər.
Gündə altı və ya daha çox finjan çox isti içki qəbul etmək riski daha da artırır.
Qaynar maye mədəyə doğru hərəkət edərkən qida borusunun daxili səthindəki hüceyrələri zədələyərək xərçəngin yaranmasına zəmin yaradır.
Çaydanda qaynayan suyun temperaturu 100°C olsa da, finjana süzüldükdə bu göstərici 90-95°C-yə düşür.
İçkiyə süd əlavə etmək onu bir qədər soyutsa da, dərəcə cavan hüceyrələr üçün hələ də təhlükəli həddə qala bilir.
Burada təhlükəli hədd 65°C və daha yüksək dərəcədir. Mütəxəssislərin tövsiyə etdiyi ideal temperatur isə 49°C ilə 60°C arasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 10 Sentyabr 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















