Icma.az
close
up
RU
Çayçı Səfər və ya çoxsaylı bəndlərdən biri

Çayçı Səfər və ya çoxsaylı bəndlərdən biri

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Yəqin ki, hər kəsin Yaradana üz tutub söylədiyi bir dua-dilək mətni var. Bəziləri əhatəli və çoxbəndli, bəziləri yığcam, təkbəndli...

Uşaqlıq dövrümdə atamın bir dostu vardı. Bizim tərəflərə başqa rayondan gəlmişdi. Heç kimsəsi yox idi. Nə ata-anası vardı, nə bacı-qardaşı. Ortaboylu, mülayim xasiyyətli bir adam idi. Qırxdan çox yaşı vardı, evlənməmişdi. Xudmani bir cayçı dükanında işləyirdi. Dükanına yaxın bir yerdə kirayə evdə yaşayırdı. Hamı onu Çayçı Səfər kimi tanıyırdı. Biz və məhləmizin uşaqları isə Səfər əmi deyirdik ona.

Səfər əmi axşamlar tez-tez bizə atamla nərd oynamağa gəlirdi. Hər dəfə də biz uşaqlara mütləq şirniyyat payı gətirirdi. O bizə gələndə dərhal gətirib stolun üstünə qırmızı rəngli külqabımızı qoyurdum. Atam siqaret çəkmirdi, Səfər əmi isə yaman siqaret çəkən idi.

Anam şam yeməyimizi hazırlayanda axşam gəlib-gəlməyəcəyini bilməsə də, çox vaxt Səfər əmini də nəzərə alırdı. Deyirdi, adamın ailəsi, yuyub-yığışdıranı, bişirib-düşürəni yoxdur, barı arada bir ev xörəyi yesin.

Mən altıncı sinifdə oxuyanda Səfər əmi vəfat etdi. Onu sonuncu dəfə xəstəxanada gördüm, xəstələnmişdi, biz də onu yoluxmağa getmişdik. Vəfat etdiyi ay və gün də dəqiq yadımdadır. O vaxtlar bizim tərəflərdə insanların vəfat etməsi indikinə nisbətən gec-gec baş verirdi və əhaliyə daha çox təsir edirdi. Səfər əminin vəfatı da camaatımızı çox mütəəssir etmişdi. Bibim kövrələ-kövrələ deyirdi ki, "yazığın ana-bacısı, arvad-uşağı da yoxdu ki, bir yasını tutub ağlasın".

Çayçi Səfərin dəfnini atam və digər tanış-bilişlər təşkil etdilər. Onu doğulduğu yerə aparıb qaydası ilə dəfn etdilər, ehsan verdilər... Bəzi adamlar deyirdilər: "Niyə elə bizim məzarlıqda dəfn etmədilər ki? Onsuz da orada da doğma heç kəsi yoxdur, heç olmasa burada qəbiristana yolu düşən tanış-bilişləri arabir məzarına  baş çəkib bir rəhmət diləyərdilər ona".

Amma yəqin, vəsiyyəti belə imiş.

 İndi bizim tərəflərdə vaxtilə onu tanıyanlardan birinə yaxınlaşıb soruşsan ki, Çayçı Səfər yadındadırmı, yəqin ki, elə soruşduğun anda xatırlayar, amma bir müddət sonra yenə də unudar. Və burada təəccüblənəsi, qınanılası  heç nə yoxdur, təbii ki. Bununla belə, adama çox ağır, üzüntülu gəlir bu hal. Düşünürsən ki, bu göylərin altında  elə bir adam yoxdur ki, Çayçı Səfər və onun taleyi ilə eyni taleyi yaşamış nə qədər insan üçün əl açıb Allaha dua etsin. Düsünürsən və bu düsüncədən ürəyin acı bir göynərti ilə dolur. Yəqin, elə bu səbəbdəndir ki, bəzi adamların çoxbəndli dua-diləkləri içində bu dünyada ata-ana məhəbbəti duymadan, bacı-qardaş ünsiyyəti görmədən, doğma insan qayğısı hiss etmədən, ailəsiz, yalnız Allahın himayəsində böyüyüb yaşamış və yaşayan, dünyanı elə beləcə kimsəsiz də tərk etmiş insanlar üçün (hətta evsiz-eşiksiz, kücələrdə yaşayan insanlar üçün də), həmçinin mənim ara-sıra sırf adını çəkib Allahdan rəhmət dilədiyim Çayçı Səfər(lər) üçün də ayrıca bir bənd var.  Və nə yaxşı ki var!..

O kəlmələri söyləməkdən  ötrü seçdikləri arasında bu könüllərə yer ayıran Münsifə şükürlər olsun!.

İmarət Cəlilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Sentyabr 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri