Icma.az
close
up
RU
“CBC Sport”dan oyunun görüntüsünün səbəbi ilə bağlı açıqlama

“CBC Sport”dan oyunun görüntüsünün səbəbi ilə bağlı açıqlama

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“CBC Sport” telekanalının yanvarın 21-də yayımladığı “Qarabağ” – “Ayntraxt” matçı yenidən gündəmə gəlib. İzləyicilər həmin oyunun və bir gün sonra UEFA Avropa Liqasının 7-ci turunda keçirilən “Fənərbaxça” (Türkiyə) – “Aston Villa” (İngiltərə) matçından çəkilmiş görüntüləri sosial şəbəkədə paylaşaraq “CBC Sport”u “Qarabağ” – “Ayntraxt” oyununu keyfiyyətsiz yayımlamaqda ittiham ediblər.

Ölkə.Az xəbər verir ki, məsələ ilə bağlı “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov News24.az-a açıqlamasında bildirib ki,kanal yarandığı gündən Azərbaycanın ilk rəsmi HD formatında yayımlanan kanalı olub:

“Hansısa bir iş barədə danışıb qiymət vermək böyük məsuliyyətdir. Bu məsuliyyəti üzərinə götürən şəxs mövzunu dərindən araşdırmalı və işin incəliklərinə bələd olmalıdır. "CBC Sport" yarandığı gündən Azərbaycanın ilk rəsmi HD formatında yayımlanan kanalıdır. Yəni biz başqa formatda yayımlaya bilmərik. Bu bir faktdır. Digər bir fakt isə odur ki, "CBC Sport" Azərbaycanda UEFA-nın yüksək və geniş əhatəli tələblərinə cavab verə biləcək çəkiliş imkanlarına malik yeganə kanaldır”.

Şəmsəddin Abbasov problemin stadionun xüsusiyyətləri ilə bağlı olduğunu qeyd edib:

“Görüntü fərqliliyi məsələsinə gəlincə, XX əsrin əvvəllərində tikilmiş stadionlarda işıqlandırma və ot örtüyü ilə bağlı problemlər görüntüyə təsir edir. Hətta stadion yenidənqurmadan keçsə də, təməldən bu işlər aparılmadan keyfiyyət eyni ola bilməz. XXI əsrdə müasir işıqlandırma və avadanlıqlarla təmin olunan, hər il təmir edilən stadionlarda keyfiyyət tamamilə fərqli olacaq və bu da daim nəzarət altında saxlanılır”.

Baş redaktor həmçinin sosial şəbəkə platformalarında yayılan yanlış məlumatlara inanılmamasını tövsiyə edib:

“Dəqiq deyə bilərəm ki, mövcud texniki heyətimizi və avadanlığımızı müasir stadiona gətirsək, eyni yüksək keyfiyyəti təmin edəcəyik. Eyni zamanda, xarici kanalların heyətini və avadanlığını bura gətirsək, görüntü indiki kimi olacaq. Xahiş edirəm, televiziya sahəsi haqqında baza bilikləri olmayan şəxslər bu mövzuda fikir bildirməsinlər. Peşəkarlardan soruşun, onlar dediklərimi təsdiqləyəcəklər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Yanvar 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri