Icma.az
close
up
RU
Cebeci hadisəsinin PƏRDƏARXASI KONKRET

Cebeci hadisəsinin PƏRDƏARXASI KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kəşfiyyat dünyasında təsadüf yoxdur — yalnız yaxşı planlaşdırılmış “təmaslar” var.

Ela Rumeysa Cebeci hadisəsi sadə bir eşq qalmaqalı deyil. Bu, kəşfiyyat dərsliklərində tədris olunacaq klassik bir “Sekspiyonaj” (Bal Tələsi / Bal Küpü) nümunəsidir. Gəlin pərdənin arxasına baxaq.

KONKRET.az Kəşfiyyat Elmi və Beynəlxalq Münasibətlər üzrə mütəxəssis Serkan Yıldızın məqaləsini təqdim edir:

Əvvəlcə anlayışları qarışdırmamaq lazımdır.
Sekspiyonaj operatoruna “Honeypot” deyilmir. O, “Honey Trap” (Bal Tələsi)-dir — yəni hədəfə emosional qarmaq atan şəxsdir. Honeypot isə məkandır: dinləmə cihazları ilə doldurulmuş otel otağı, villa və ya “təhlükəsiz məkan”.

CIA doktrinasında bu belə ifadə olunur:

“Hədəf seksə deyil, başa düşülməyə açılır.”

Seksuallıq sadəcə qapını açan açardır. Əgər tələni quranla tələnin qurulduğu məkanı ayıra bilmirsinizsə, oyunu kimin qurduğunu da heç vaxt görə bilməzsiniz.

Bəs böyük və güclü fiqurlar niyə bu qədər “sadə” şəkildə yıxılır? Sevgi? Əsla.

Kəşfiyyat mütəxəssisləri hədəfi devşirərkən MICE modelindən istifadə edirlər:
Money (Pul), Ideology (İdeologiya), Coercion (Şantaj) və Ego (Eqo).

Bal tələsi əməliyyatlarında tetikleyici amil demək olar ki, həmişə eqodur.
Hədəf qadına aşiq olmur; onun gözlərində gördüyü “özünün ideal, güclü və təsdiqlənmiş versiyasına” aşiq olur. Sahədə buna “İnsan Ərazisinin Yaxınsaması” deyilir.

Qarşı tərəf sizə eşitmək istədiklərinizi deyir, eqonuzu bəsləyir. Unutmayın: bir kişinin zirehindəki ən zəif nöqtə onun kibri və təsdiqlənmə ehtiyacıdır.

Cebeci-ni sadəcə “maqazin fiquru” və ya “istifadə edilən şəxs” kimi görmək, şahmat taxtasında yalnız piyonları görməyə bənzəyir.

Terminoloji baxımdan o, tam olaraq bir *Access Agent (Giriş Agenti)*dir. Peşəkar kəşfiyyatçı deyil, lakin Yüksək Dəyərli Hədəflərə (HVI) təbii çıxışı olan şəxsdir. Onun funksiyası hədəfləri “təhlükəsiz zona” kimi təqdim edilən məclislərə çəkmək idi.

Lakin burada kritik bir səhv edildi. Giriş agenti eyni zamanda logistika təminatçısı rolunu — narkotik maddələrin əldə olunmasını — üzərinə götürdü. Bu isə onu “nəzarət edilə bilən” və lazım gəldikdə qurban verilə bilən fiqura çevirdi.

Telefonundan çıxan məşhur adlar siyahısı sadə sosial çevrə deyil — bu, potensial şantaj hovuzudur.
Sahədə bir qayda var:

“Logistikanı əməliyyatla qarışdırsan, iz buraxarsan.”

Çantasındakı narkotik maddə sadəcə əyləncə vasitəsi deyildi — o, bir Nəzarət Vektoru idi.
Kəşfiyyat analizində “istifadəçi” ilə “asanlaşdırıcı” ciddi şəkildə ayrılır.

“Yüzdə 70 taparam” mesajı onu şəxsi zəncirdə açıq şəkildə asanlaşdırıcı statusuna salırdı.

Niyə təhlükəlidir?

Çünki maddəni təmin edən şəxs, həmin masada oturan hər kəs üzərində “Omerta” — sükut andını saxlayır.

Bir məkanda qanunsuz maddə varsa, ora artıq texniki baxımdan Honeypotdur. Qeyd cihazına ehtiyac yoxdur — şahidlər və rəqəmsal izlər kompromat funksiyası daşıyır. O masada oturan hər kəs artıq maddəni gətirən şəxsə borcludur.

“Sual verilir: niyə məşhurlar özləri gedib almır?”

Cavab sadədir: Əməliyyat Təhlükəsizliyi.

Böyük oyunçular heç vaxt birbaşa oda toxunmazlar. Arada Cut-Out (vasitəçi) istifadə edərlər. Cut-Out — əsas icraçı ilə əməl arasında yerləşdirilən, tutulması qəbul edilən tampon zonadır.

“Səndə varmı?” sualı riskin daşeronlaşdırılmasıdır.

HVI riski almır — vasitəçi alır.

Bir ifşa anında qəlpələr yalnız Cut-Out-a dəyir. Arxadakı böyük adlar isə “Məqbul İnkar Edilə Bilərlik” zirehinə bürünür:

“Sadəcə qəhvə içirdim, çantasında nə olduğunu hardan bilim?”

Hədəfi nəzarətdə saxlamaq üçün həmişə kaset şantajına ehtiyac yoxdur. Bəzən “Həyat Tərzi Tələsi” kifayətdir: lüks, həyəcan, qadağan olunmuş maddələr və adrenalinlə qurulan saxta dünya.

Amma bu dünyanın bir dəyəri var — dayanıqsız xərclər.

Cebeci-nin sosial şəbəkələrindəki qəfil varlanma və lüks paylaşımlar kəşfiyyat alqoritmləri üçün açıq Qırmızı Bayraq idi.
Kəşfiyyatda əsas prinsip Anomaliya Aşkarlanmasıdır: gəlir və xərclər arasındakı uyğunsuzluq.

“Görünməz olmalı olanlar, ən çox parlayanlardır.”

Bəs insan “eşqim” dediyi şəxsin həbsə düşməsini izləyərkən necə rahat yatır? Vicdan?
Bu mərhələdə vicdan artıq mövzu deyil.

Bu tip əməliyyatlarda uğurlu profillər adətən “Qaranlıq Üçlük” xüsusiyyətləri göstərir:
— Makyavelizm
— Narsisizm
— Psixopatiya

Agent inandırıcı olmaq üçün yalanına özü də inanır. Əməliyyat bitəndən sonra isə kimlik dağılması yaşayır. Onlar üçün siz insan deyil, tamamlanmalı bir tapşırıq dosyesisiniz.

Hədəfi məhv etmək üçün hər zaman fiziki məhvə ehtiyac yoxdur. Psixologiyasını dağıtmaq kifayətdir.
Stasi-nin məşhur metodu — Zersetzung — reputasiya, sosial çevrə və psixoloji tarazlığın sistemli şəkildə çökdürülməsidir.

Cebeci hadisəsində media üzərindən aparılan linç müasir bir Rəqəmsal Zersetzung nümunəsidir. Reputasiya kəşfiyyat müharibələrində “Soft Kill” silahıdır.

Məhkəmə geyimi? Yaşıl dekolteli paltar? Təsadüf deyil.
Bu, bir Visual PsyOps cəhdi idi: “Yıxılmadım, güclüyəm.”
Amma hədəf auditoriya səhv oxundu.

Gələcək artıq fiziki bal tələlərində deyil — Kiber-Honeypotlardadır. Süni intellektlə yaradılan mükəmməl profillər, deepfake kompromatlar… Şantajın istehsal xərci sıfıra enib.

Və final.

Kəşfiyyat dünyasının ən amansız qaydası burada da işə düşdü:

“Varlıqlar xərclənə biləndir.”

Əməliyyat risk yaratdığı an sistem düyməni basır.

“Yanmış” agent tək buraxılır.

Şahlar oyuna davam edir, piyonlar isə taxtadan yığışdırılır.

Sual açıq qalır:
Növbəti kimdir?

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Dekabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri