Icma.az
close
up
RU
Avropanın Ermənistandakı missiyası xüsusi xidmət əməkdaşlarıdır Politoloq

Avropanın Ermənistandakı missiyası xüsusi xidmət əməkdaşlarıdır Politoloq

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqının Ermənistan üzrə Müşahidə Missiyasının vaxtı uzadılması bir sıra suallara yol açır. 2023-cü ilin fevral ayında 2 il müddət üçün təyin olunan heyət hələ də Ermənistan ərazisindədir.

Politoloq Sahil İsgəndərov Modern.az-a deyib ki, Avropa İttifaqı qeyri-sabit təşkilatdır.

O qeyd edib ki, əslində, problem daha çox siyasi müstəvidədir:

“Siyasi baxımdan Avropa İttifaqı ciddi şəkildə qeyri-sabit vəziyyətdədir. Bir sıra tanınmış Avropa və Qərb ekspertləri də artıq açıq şəkildə etiraf edirlər ki, Avropa İttifaqının mövcud siyasi modeli effektiv deyil və daxili ziddiyyətlərlə üzləşib.

Avropa İttifaqı iqtisadi baxımdan nə qədər güclü görünməyə çalışsa da, siyasi müstəvidə bu qeyri-sabitlik davam edir və aradan qalxmır. Buna baxmayaraq, qurum özünü həm iqtisadi, həm də siyasi baxımdan güclü və sabit aktor kimi təqdim etməyə cəhd göstərir. Lakin reallıq bunu təsdiqləmir.

Bu proses Avropa İttifaqının daxili siyasi böhranının və ümumilikdə idarəetmə modelinin zəiflədiyinin açıq göstəricisidir.

Belə olan halda, Avropa İttifaqının özünü sabit və güclü siyasi mərkəz kimi təqdim etməsi daha çox görüntü yaratmaq cəhdidir və real vəziyyətlə uzlaşmır.

Mən hesab edirəm ki, məsələ yalnız bununla məhdudlaşmır. Düşünürəm ki, Avropa İttifaqının daxilində olan başqa qurumlar da bu prosesdə ciddi şəkildə iştirak edir.

ABŞ-Avropa İttifaqı münasibətləri, eləcə də Rusiya–Avropa İttifaqı münasibətləri kifayət qədər mürəkkəb və həssas xarakter daşıyır. Bu münasibətlərin mahiyyəti Ukrayna münaqişəsinin həlli prosesində də açıq şəkildə özünü göstərir.

Avropa İttifaqı beynəlxalq proseslərdə daha böyük siyasi və geosiyasi rol oynadığını sübut etməyə çalışır. Bu baxımdan, o, müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazda baş verən proseslərdə öz təsir imkanlarını qorumağa və gücləndirməyə can atır.

Məhz proseslərə bu cür qoşulma, yəni hər kəsin bu məsələdə “piroqdan öz payını götürmək” istəməsi kontekstində uzun illər ərzində Qarabağ münaqişənin həllinə imkan verilmədi. Bu müdaxilələr problemin qəsdən uzadılmasına xidmət etdi.

Lakin 2020-ci ildə və ondan sonrakı dövrdə Azərbaycanın qətiyyətli mövqeyi, hərbi-siyasi qələbəsi və ildırımsürətli antiterror əməliyyatları nəticəsində bu problem faktiki olaraq öz nöqtəsinə çatdırıldı və onun əsası tamamilə aradan qaldırıldı.

Buna baxmayaraq, görünür, Avropa İttifaqı kimi qurumlar, eləcə də ayrı-ayrı Avropa ölkələri — xüsusilə Almaniya və Fransa - bu reallığı hələ də qəbul etmək istəmirlər, onu həzm edə bilmirlər. Məncə, məhz bu amillər Ermənistanın bu gün də destruktiv mövqe tutmasında və prosesi uzatmaq cəhdlərində mühüm rol oynayır.

Çünki Ermənistan təkbaşına qərar verən tərəf olsaydı, mən inanmıram ki, hələ 1980-ci illərin sonlarından etibarən Qarabağ məsələsində bu qədər cəsarətlə və aqressiv şəkildə davranmağa qadir olardı. Açıq şəkildə görünür ki, onlara kənardan verilən vədlər, dəstək və siyasi himayə bu davranışın əsas səbəblərindən biri olub.

Əslində, bu missiyanın özü də bir alətdir.

Yeri gəlmişkən, bu missiya nə tam şəkildə mülki xarakter daşıyır, nə də sülhpərvər və neytral mahiyyətə malikdir. Missiyanın tərkibinə baxdıqda görürük ki, onun üzvlərinin əhəmiyyətli bir hissəsi xüsusi xidmət orqanlarında, hərbi və ya təhlükəsizlik strukturlarında ya keçmişdə, ya da hazırda çalışmış şəxslərdir. Bu faktlar missiyanın fəaliyyətinin həqiqətən hansı məqsədlərə xidmət etdiyi ilə bağlı ciddi suallar və şübhələr yaradır.

Məhz buna görə də həmin missiyanın sırf müşahidə və ya humanitar fəaliyyətlə məşğul olduğu iddialarına inanmaq çətindir. Məncə, bu məsələdə əvvəlcədən müəyyən edilmiş bir ssenari mövcuddur. Təsadüfi deyil ki, hələ ilk günlərdən bu missiyanın mahiyyəti ilə bağlı narahatlıqlar ifadə edilirdi.

Amerika Birləşmiş Ştatlarının müəyyən mənada vasitəçiliyi ilə Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, münasibətlərin normallaşdırılması istiqamətində proses gedirsə və bu proses faktiki olaraq yalnız Azərbaycan və Ermənistan arasında aparılırsa, eyni zamanda Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması müzakirə olunursa, bu halda Avropa İttifaqının mülki müşahidə missiyasının bölgədə fəaliyyət göstərməsinin nə dərəcədə əsaslı olduğu sual altına düşür.

Mənim fikrimcə, burada Avropa İttifaqının ənənəvi şəkildə Ermənistanyönlü mövqeyi açıq şəkildə özünü göstərir. Digər tərəfdən, Avropa İttifaqı son illərdə Cənubi Qafqazda tutduğu mövqedən geri çəkilmək istəmir və bu səbəbdən proseslərə təsir imkanlarını saxlamağa çalışır.

Məlumdur ki, Azərbaycan hələ ilk günlərdən bu missiya ilə bağlı öz mövqeyini açıq şəkildə ortaya qoymuşdu. Əvvəlcə bildirilirdi ki, missiya cəmi iki ay fəaliyyət göstərəcək və müəyyən çərçivələr daxilində müşahidə aparacaq. Daha sonra isə iddia olunurdu ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi başa çatdıqdan sonra missiya bölgəni tərk edəcək.

Lakin zaman keçdikcə, bu şərtlərin dəyişdiyini gördük. Missiyanın mandatı uzadıldı, fəaliyyəti genişləndirildi, şəxsi heyətin sayı artırıldı. Əvvəl 50 nəfərlik tərkibdə nəzərdə tutulan missiya sonradan 200 nəfərlik heyətə çatdırıldı və artıq müddət dəfələrlə artırıldı".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Dekabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri