Cəbrayıl Könüllüləri qrupuna qeydiyyatın elan olunmasına aid mətbuat konfransı keçirilib
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyatın elan olunması ilə bağlı mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Gənclər fondunun nümayəndəsi Yusif Vəliyev qeyd edir ki, Cəbrayıl könüllü qrupu da yaradılıb.
Eyni zamanda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramil Cabbarov qeyd edir ki, Dövlətin gənclər siyasətində könüllülük olduqca vacib proqramdır. Böyük Qayıdış prosesində insanlarımızın orada yerləşdirilməsində gənclərimiz xüsusi rol oynayır. Prezidentimizin qarşımıza qoyduğu hədəflər daimi şəkildə inkişaf etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 05 May 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















