Cəbrayılda ağır yol qəzası: hərbi qulluqçu öldü
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Cəbrayılda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Apa-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Karxulu kəndi ərazisində qeydə alınıb.
"Mitsubishi" markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər isə həyatını itirib.
Qəza nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nicat Ağayevin Lənkəran sakini olduğu bildirilir. Mərhum ehtiyatda olan hərbi qulluqçu olub. 44 günlük Vətən müharibəsi iştirak edib və bir sıra medallarla təltif olunub.
Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Baxış sayı:127
Bu xəbər 09 Yanvar 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















