Icma.az
close
up
RU
Cəbrayıl şəhərində Zəfərin 5 ci ili: Böyük Qayıdışın addımları fotosərgisi və Bura mənim evimdir filminin təqdimatı keçirilib

Cəbrayıl şəhərində Zəfərin 5 ci ili: Böyük Qayıdışın addımları fotosərgisi və Bura mənim evimdir filminin təqdimatı keçirilib

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayədəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində “Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları” adlı fotosərgi və “Bura mənim evimdir” filminin təqdimatı keçirilib.

Turkustan.az xəbər verir ki,tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun ikinci Qarabağ müharibəsində qazandığı qələbənin əhəmiyyətindən, əsgər və zabitlərimizin Cəbrayılın işğaldan azad edilməsi üçün göstərdikləri şücaət və qəhrəmanlıqdan, Bəyük Zəfərin davamı olaraq işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və hazırda uğurla həyata keçirilən Böyük Qayıdışdan ətraflı söhbət açılıb. Yenidən tikilən Cəbrayıl şəhərində sakinlərin doğm yurda geri dönüşün sevincini yaşadıqları, onlara burada rahat və təhlükəsiz həyat şəraiti, iqtisadi fəaliyyətə reinteqrasiya imkanlarının yaradıldığı qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Cəbrayıl və digər işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesini və Böyük Qayıdışın simvolik əhəmiyyətini əks etdirən fotoşəkillərin nümayiş olunduğu sərgiyə baxıblar. Fotosərgi Böyük Qayıdışın mübariz insan hekayələrini və bu ərazilərə yenidən həyatın qayıtmasını sənət dili ilə çatdırıb. Daha sonra "Bura mənim evimdir" filmi nümayiş olunub.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdışın önəmindən bəhs edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov çıxış edərək Böyük Qayıdışın əhəmiyyətini və bu prosesin gələcək inkişafı barədə söz açıblar. Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənov və birliyin sədri Amira Süleyman sərgidə əsərləri təqdim edilən peşəkar və həvəskar fotoqrafların Böyük Qayıdışın uğurlu addımlarını işıqlandırdıqlarını, onun fotosalnaməsinin yaradılmasında töhfə verdiklərini vurğulayıblar.

Dövlət Komitəsinin hazırladığı “Bura mənim evimdir” sənədli filminə də tədbir iştirakçıları maraqla baxıblar. Filmdə ABŞ-nin Nyu-Cersi ştatında anadan olsa da, ürəyi həmişə babasının doğulduğu Cəbrayıl rayonunun Süleymanlı kəndinə bağlı olan Ceyhun Qarabağlının həyat hekayəsini və doğma yurdun ziyarətinə gəlşini əks etdirir.

Tədbirdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və Cəbrayıl şəhərnin sakinlərini iştirak ediblər.

Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi hazırlanan “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri