Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Cəbrayılın azadlığından Böyük Qayıdışa: deputatdan AÇIQLAMA

Cəbrayılın azadlığından Böyük Qayıdışa: deputatdan AÇIQLAMA

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

”Cəbrayılın coğrafi mövqeyi onun iqtisadi və logistika əhəmiyyətini də artırır”

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümü ilə bağlı saytımıza açıqlamasında deyib.

Deputat bildirib ki, 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etməsi 44 günlük Vətən müharibəsinin mühüm mərhələlərindən biri olub:

"Cəbrayılın azad olunmasının çox böyük tarixi və strateji əhəmiyyəti var. Bu, Vətən müharibəsi zamanı işğaldan azad edilən ilk şəhər idi. Cəbrayıl istiqamətində əldə olunan qələbə Azərbaycan Ordusunun qarşısında yeni strateji imkanlar açdı və sonrakı hərbi əməliyyatların uğurla davam etdirilməsinə şərait yaratdı”.

Könül Nurullayeva qeyd edib ki, Cəbrayıl istiqamətində əldə olunan uğurlar 2016-cı ilin Aprel döyüşlərində qazanılan nəticələrlə də bağlıdır:

"Azərbaycan Ordusunun Aprel döyüşləri zamanı strateji yüksəklikləri nəzarətə götürməsi Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin olunmasına və uzun illərdən sonra burada həyatın bərpasına imkan verdi. Cocuq Mərcanlının yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıtması Böyük Qayıdış siyasətinin ilkin nümunələrindən biri oldu”.

Deputatın sözlərinə görə, Cəbrayılın azad edilməsindən sonra rayonun tarixi-mədəni irsinin bərpası ilə yanaşı, burada genişmiqyaslı quruculuq işlərinə də başlanılıb:

"Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması tarixi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün isə Cəbrayılda yeni yaşayış məntəqələri salınır, müasir sosial obyektlər yaradılır, yollar və kommunikasiya xətləri çəkilir. Bütün bunlar rayonun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir”.

Könül Nurullayeva Cəbrayılın coğrafi mövqeyinin onun iqtisadi və logistika əhəmiyyətini də artırdığını vurğulayıb:

"Cəbrayılın nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi, logistika infrastrukturunun yaradılması və Xudafərin istiqamətində sərhəd-gömrük infrastrukturunun formalaşdırılması rayonun Şərqi Zəngəzurun iqtisadi inkişafında rolunu daha da artırır. Burada həyata keçirilən layihələr təkcə Cəbrayılın deyil, bütövlükdə regionun iqtisadi və nəqliyyat imkanlarının genişlənməsinə xidmət edir”.

Deputat diqqətə çatdırıb ki, Cəbrayılın bugünkü reallığının əsas göstəricilərindən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır:

"Bu gün Cəbrayıl sakinləri illərlə həsrətində olduqları doğma torpaqlarına qayıdırlar. 2026-cı ilin sentyabr ayının sonuna olan göstəricilərə əsasən, rayon üzrə 1 600-dən çox ailənin, 7 mindən artıq insanın qayıdışı təmin olunub. Bu, Böyük Qayıdışın real nəticəsidir”.

Könül Nurullayeva əlavə edib ki, Cəbrayılın bərpası yalnız dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır:

"Əsas məqsəd Cəbrayılı müasir, dayanıqlı, rahat və iqtisadi baxımdan fəal yaşayış məkanına çevirməkdir. Bu gün burada aparılan quruculuq işləri rayonun gələcək inkişafının möhkəm təməlini formalaşdırır”.

Deputat qeyd edib ki, 4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması tarixi hadisələrin gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

"Cəbrayıl Şəhəri Günü həm Zəfər tariximizin, həm şəhidlərimizin və Vətən müharibəsi iştirakçılarının fədakarlığının, həm də bu gün həyata keçirilən Böyük Qayıdış və quruculuq prosesinin rəmzlərindən biridir”, - deyə deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Oktyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri