Icma.az
close
up
RU
“Cəbrayıl”ın müsibəti: “Sponsor yazıq niyə gedib pulunu hansısa kluba töksün?!”

“Cəbrayıl”ın müsibəti: “Sponsor yazıq niyə gedib pulunu hansısa kluba töksün?!”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan futbolunda gəlir yoxdur. Belə olduğu halda, sponsor yazıq niyə gedib pulunu hansısa kluba töksün?!”

Bu sözləri "Yeni Sabah"a idman jurnalisti, Aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib.

O bildirib ki, "Cəbrayıl" klubunun bir qələmlə 19 futbolçunu qovması faktı əsnasında Azərbaycan futbolunun problemlərini vurğulayıb: Dördpendirli pizza

"Ən böyük bəlalarından biri məhz sponsorluq məsələsidir. Bizə elə gəlir ki, sponsor klubu mütləq maliyyələşdirməlidir. Azərbaycan böyük ölkə deyil, şirkətlərin böyük gəlirləri yoxdur. “Azərsun” “Qarabağ”ı, SOCAR “Neftçi”ni himayəsinə götürüb, vəssalam. Yəni nümunə azdır. Böyük şirkətlər o qədər də çox deyil ki, bütün klublara sponsorluq etsin.

İkincisi, sponsor niyə komandaya sponsorluq etməklə pulunu çölə atmalıdır? Sponsor pul ayırırsa, ondan qazanc da götürməlidir. Bu biznesdir. Biz isə şirkətlərin yaxasına yapışırıq ki, iş adamları niyə komandaları himayə etmir? 

Hər bir şirkətin sosial öhdəliyi olmalıdır. Amma fikrimcə, həmin sosial öhdəlik tələbələrə, imkansız ailələrə, qazilərə yönəldilsə, daha yaxşıdır. Birinci dəstədə çıxış edən hər hansı bir futbolçuya 3 min yerinə 10 min manat maaş verəcək sponsor axtarışı anormallıqdır”. 

Natiq Muxtarlı vurğulayıb ki, Azərbaycan futbolunda gəlir yoxdur:

“Azərbaycan futbolunda gəlir yoxdur. Belə olduğu halda, sponsor yazıq niyə gedib pulunu hansısa kluba töksün?! Komandalarımız kütləvi futbolçularla kütləvi şəkildə yollarını ayırır. Niyə? Çünki onlar hətta 2-ci, 3-cü dəstə də oynamağa layiq deyillər.

Azərbaycanda futbolçu yetişdirilmir. Başda AFFA olmaqla, dövlətdən pulu alıb ora-bura səpiblər. ”Neftçi”nin baş məşqçisi Adrian Mutunun son açıqlamasına fikir verin. O, Ruminya futbolu ilə Azərbaycan futbolunu müqayisə edir. Həm milli komanda, həm də klub səviyyəsində Ruminya futbolu Azərbaycan futbolundan yüksəkdir.

Adrian Mutu ölkəsində ilə 200 min avro maaş alırmış. “Neftçi” onu illik 700 min avro maaşa gətirib. Niyə? Azərbaycan klubu niyə Ruminya klubundan daha çox maaş verməlidir? İngiltərə klubusan, yoxsa İspaniya? Gəlirin belə artıqdır? Bu araşdırılmalıdır”.

Qeyd edək ki, Azərbaycan 1-ci liqa klublarından "Cəbrayıl" 19 futbolçusu ilə yollarını ayırıb. Komanda rəsmiləri kütləvi işdən çıxarmanı səbəbini aparılan köklü islahatlarla əlaqələndirib.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Avqust 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri