Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Cəfəngiyyat, yoxsa dahilik? Dünyanın ən çətin romanı haqqında

Cəfəngiyyat, yoxsa dahilik? Dünyanın ən çətin romanı haqqında

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Aygün Əzizin “Dilin atasını yandıran” Ceyms Coys və “Finneqanın yası/oyanışı/izi” yazısını təqdim edir.

“Dahilər səhv buraxmırlar. Onlar qəsdən yanlışlığa yol verirlər”. Ceyms Coys

Hazırda dünyanın ədəbi tənqidçilərinin diqqəti məşhur “Ulis” romanının müəllifi irland modernist-yazıçı Ceyms Coysun “Finneqanın yası/oyanışı/izi” əsərinə yönəlib. “Ulis” “gündüz romanı” olsa da, indi haqqında danışacağımız əsər “gecə romanı”dır. Real həyatla yuxunun qarışığından ibarət mövzu ilə geniş şəkildə sərbəst söz yaradıcılığına rəvac verən mifoloji və komik eksperimental əsərdir. Mətləbə keçməzdən əvvəl kiçik bir izaha ehtiyac var:

Əsərin adı, ingilis dilində “Finnegans Wake” ifadəsi bəzi iddialara görə, irland balladasından götürülüb. Hərçənd yazıçının bu xalq nəğməsinin süjetindən bəhrələnməsi ədəbiyyat tənqidçilərinin mübahisə mövzusudur. Çünki Coys XVIII əsr italyan filosofu Cambattisto Vikonun nəzəriyyəsindən yola çıxaraq bu əsəri qələmə alıb. C.Viko dörd əsas inkişaf dövrünü qeyd edir: allahların dövrü, qəhrəmanların dövrü, insanların dövrü və keçid/yenilənmə dövrü. Roman da 4 kitabdan ibarətdir və hər kitab bir dövrü əhatə edir. Ümumilikdə 17 fəsil var, I kitab 8, II və III kitablar hər biri 4, sonuncusu isə yalnız 1 fəsildən ibarətdir.

Mahnıda Finneqan adlı ölmüş bir əyyaş kişidən bəhs olunur. Üzünə “həyat suyu” – viski çiləndikdən sonra Finneqan dirilir. “Wake” sözünün isə bir neçə mənası var: “oyanış, yuxudan ayılma”, “suda hərəkətdə olan qayığın, gəminin arxasında buraxdığı iz”, “dəfn mərasimi, yas”. Bu əsərin nə normal başlanğıcı, nə də normal sonluğu var. Cəncəl tərəflərdən biri də odur ki, burada fikir cümlənin ortasında bitir, elə təzədən ortadan da yeni cümlə başlayır və heç gözləmədiyin halda ortadan başlayan cümlə oxucunu romanın əvvəlinə aparır. Yəni bu elə-belə, küçədə-bacada, tələsik mütaliə ediləsi əsər deyil.
Kaliforniyada bir kitab klubu əsəri nə az, nə çox – düz 28 (iyirmi səkkiz!!!) ilə oxuyub bitirib. Dünya ədəbiyyat tarixinin barmaqla sayılan ən çətin və müşkül əsərlərindən biri hesab edilən və “fikir axını” üslubunda olan bu əsərin yazılmasına C.Coys 17 il sərf edib (10 mart 1923-cü ildə yazmağa başlayıb). Qələmə alınması da, tam mənası ilə təhlil edilib oxunması da hər biri, necə deyərlər, bir igidin ömrüdür.

Klub üzvləri bir aya yalnız 1–2 səhifəni oxumaqla geniş müzakirələr keçirmiş, peşəkarlarla məsləhətləşmələr aparmış, 70 (yetmiş!) dildən istifadə edilərək ərsəyə gələn romanda bircə-bircə sözlərin mənalarını araşdırmışlar. Burada çoxlu sayda sətiraltı mənalara, kalamburlara, neologizmlərə və allüziyalara rast gəlmək mümkündür ki, bu da mətnin anlaşılmasını çətinləşdirir. Sadaladıqlarımdan əlavə, uydurma sözlərlə də zəngin olan romanda mübahisəli məna verən çoxlu sayda ifadələr işlənib.

Ceyms Coys 1939-cu ildə əsərin nəşrindən sonra dünyasını dəyişib və əsərin “sirr”lərini də özü ilə aparıb. Kitab haqqında fikirlər ziddiyyət təşkil edir. Bir oxucu yazır ki, yeddi dəfə oxumağıma rəğmən hər dəfə yeni şeylər kəşf edirəm, digəri üzrxahlıqla qeyd edir ki, əsər mürəkkəb olduğu üçün heç nə anlamadığımı deməkdən utanmıram, bir başqası isə, ümumiyyətlə, bu kitabı cəfəngiyyat, absurd fikirlər xaosu adlandırır.

Tanınmış rus fiziki, riyaziyyatçısı, filosofu və ilahiyyatçı alimi Sergey Xoruji deyir ki, bəzi sözlərin və eyhamların mənalarını təxmin etmək olar, lakin bununla belə güclü erudisiyası və zirək fəhmi olan hiperqlot biri bu mətnin təxminən 30 faizini anlaya bilər, yaxud da xüsusi ədəbiyyatlardan istifadə etmək və uzun saatlar keçirməklə ən yaxşı halda 70 faizini anlaya bilər. T. Uaylder isə yazır ki, bu əsəri oxuyub anlamaq üçün ən azı 1000 (min!) saatını həsr etməlisən.

Bəzi faktları da xatırlatmağı özümə borc bilirəm. Sözügedən əsəri qələmə alan ərəfələrdə yazıçı artıq gözünün nurunu xeyli dərəcədə itirmişdi. Kitabda 49200 söz yalnız bir dəfə istifadə olunub.

600 səhifəlik romandakı dil/söz oyununu ədəbiyyatçılar “semiotik hibridləşmə” adlandırırlar. Bir məsələ də diqqəti cəlb edir: ad məsələsi. İngiliscə bu “Finnegan’s Wake” və “Finnegans Wake” kimi verilir. Birincidə yiyəlik hal istifadə olunub və tərcümədə “FinneqaNIN yası/izi/oyanışı” kimi tərcümə olunur. İkinci variant isə “FinneqanLAR oyanır” deyə tərcümə edilir. Lakin Coys burada da söz oyunundan istifadə edib: “Finn” fransızca “son” deməkdir, “again” isə ingiliscə “yenidən”. Yəni “Finn yenidən oyanır/qalxır/ayılır” deməkdir.

Yaxşı, bəs bu kitab sərsəmləmədirmi? Yazıçının qızının müəyyən psixoloji problemləri olub, bunun da ataya təsirsiz ötüşmədiyi qənaətindəyəm. Suala müəllif özü belə cavab verib: “Bəlkə də, bu, dəlilikdir. Lakin bunu bir əsr sonra müzakirə etmək mümkün olacaq. Yazmağa başlayanda hiss etdim ki, sözləri adi mənalarında və öz axarlarında istifadə edə bilməyəcəyəm”. Sitatın sonu.

Qeyd etmək istərdim ki, mən şəxsən əsərin adının “Finneqanın yası” kimi yox, “Finneqanın oyanışı” kimi verərdim. Çünki kulminasiya OYANIŞ ilə gəlir.

P.S. Son olaraq, qəddarcasına səslənsə də, iki fikri deməyə bilmirəm:

1. Bu roman hər oxucu üçün deyil. Xüsusi hazırlıqlı və dünya ədəbiyyatı və dillərindən yaxşı baş çıxara bilən yüksək hazırlıqlı peşəkarlar üçün “ƏDƏBİ TƏAM”dır. Bu standartlara cavab verməyən oxucu əsəri “həzm” edə bilməyəcək...

2. S.Xorujinin daha bir rəyi məndə şübhə oyatdı: “Əsəri tam anlamaq ümidi yoxdur. Heç müəllifin özünün də ümidi olmayıb. Bəzi yerlərdə nə demək istədiyinin mənasını unudub və sonra davam edəndə bərpa edə bilməyib”. Sitatın sonu.

Deməli, belə çıxır ki, C.Coys oxucuları üçün, ən yumşaq halda desək, ƏDƏBİ TAPMACA yaradıb və indi ruhu göylərdən baxıb bığaltı qımışır...

Aslı Bekiroğlu pərəstişkarlarını qorxutdu Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradıldı Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see184

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri