Cəfər Cabbarlı adına 187 nömrəli məktəbin 90 illiyi qeyd olundu
Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Maştağada yerləşən Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin 90 illik yubileyi qeyd olunub.
OLAY yazır ki, tədbirdə görkəmli dramaturq Cəfər Cabbarlının nəvələri — Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Bəhlul Abbasov, Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, eləcə də məktəbin məzunu, Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış deputatı Eldar Quliyev iştirak ediblər.
Yubiley tədbirində məktəbin direktoru Gülnarə Hənifəyeva qonaqları salamlayaraq təhsil ocağının keçdiyi uğurlu yoldan danışıb. Şagirdlər isə hazırladıqları rəqs, musiqi və bədii kompozisiyalarla öz istedadlarını nümayiş etdiriblər.
Tədbirdə məktəbin illər ərzində yetişdirdiyi məzunlardan, təhsil sahəsində qazandığı uğurlardan bəhs olunub, yubiley iştirakçıları məktəb kollektivini bu əlamətdar gün münasibətilə təbrik ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 24 May 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















