Icma.az
close
up
RU
Cəhalət, yoxsa tərəqqi? ŞƏRH

Cəhalət, yoxsa tərəqqi? ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Cəmiyyətin gələcəyini müəyyən edən əsas amillərdən biri insanların elmə, biliyə və yeniliyə münasibətidir. Cəhalət insanı geridə saxladığı halda, tərəqqi onu inkişafa aparır. Bəs cəmiyyətin inkişafı üçün hansı yol seçilməlidir? Bu suala təəssüf ki, elmin, texnologiyanın inkişaf etdiyi dövrdə hələ ölkəmizin indiki vəziyyətində: elmin, rəqəmsal texnologiyanın sürətli inkişafı, gənc kadrların xaricdə dövlət proqramları çərçivəsində yetişdirilməsi, dünyada mövcüd olan yeniliklərin ölkəmizə sürətlə inteqrasiya dövründə cavab axtarılması təəccüb doğurur. Bizim maarifçilərimiz hələ yüz il öncə cəhalətlə mübarizədə təhsili, elmi, savadı təsadüfən seçməmişdilər. Azərbaycan maarifçiləri bilirdilər ki, elmli, düşünən, hüquqlarını tanıyan vətəndaş olmadan güclü dövlət qurmaq mümkün deyil. Bugün bizim əsas öhdəliyimiz keçmişdən gələn dəyərləri və təcrübəni qoruyaraq onları gələcək inkişaf üçün əsas götürməkdir. İctimai məsələlər müzakirə edilərkən emosiyalara və ittihamlara deyil, qanunlara, tarixi faktlara və ölkənin maraqlarına əsaslanmaq vacibdir. Əsl məsələ hicab deyil, dövlətin gələcəyidir! Azərbaycanın əlverişli geostrateji mövqeyi, yerləşdiyi coğrafi məkanın dini rəngarəngliyi, eləcə də müxtəlif ideoloji təsir vasitələrinin mövcudluğu təhsil sahəsində baş verən proseslərin diqqətlə təhlilini zəruri edir. Müasir dövrdə dövlətlərin təhlükəsizliyinə yönələn təsirlər yalnız hərbi güc və diplomatik münasibətlərlə məhdudlaşmır. İnformasiya məkanında manipulyasiya, ideoloji yönləndirmə və sosial media vasitəsilə ictimai düşüncəyə təsir göstərilməsi də aktual problemlər sırasındadır. Bu baxımdan, cəmiyyətin belə təsirlər qarşısında dayanıqlılığının gücləndirilməsində təhsilin rolu xüsusi əhəmiyyət daşıyır. Elmi dünyagörüşünün formalaşdırılması, tənqidi təfəkkürün inkişafı və məlumatların düzgün qiymətləndirilməsi bacarığının aşılanması cəhalətin aradan qaldırılmasına və ictimai tərəqqinin sürətlənməsinə xidmət edir. Dini mövzuların sosial şəbəkələrdə birtərəfli təqdim edilməsi ictimai rəyin formalaşmasına təsir göstərə bilər. Məktəbli forması ilə bağlı mübahisələrin dövlətin dinə münasibəti kimi şərh edilməsi məsələnin mahiyyətini dəyişdirərək cəmiyyətdə əsassız qarşıdurma təsəvvürü yarada bilər. Əlbətdəki bu kimi işlərdə maraqlı olan xaricdən maariflənən və maliyyələnən güclər var. Biz min bir əziyyətlə qurulan, tariximizin ən şanlı dövrünü yaşayan ölkəmizin beynəlxalq aləmdə artan rolunu, həmçinin dövlət başçımızın beynəlxalq siyasi arenadakı danılmaz nüfuzunu görürük. Ölkəmizin mövqeyinin güclənməsi regionda maraqları olan bəzi dövlətlər üçün arzuolunan olmaya bilər. Yaxın keçmişimizə nəzər salaq. Ərazimizin təxminən beşdə biri işğal altında idi, bir milyondan artıq vətəndaşımız doğma yurdlarından didərgin düşərək məcburi köçkün həyatı yaşayırdı. İki əsrdən artıq müddət ərzində torpaq itkiləri ilə üzləşən Azərbaycan ilk dəfə olaraq, itirilmiş torpaqların geri qaytarılmasına nail olmuşdur. Bu nəticənin əldə edilməsində İlham Əliyevin siyasi iradəsi, Ali Baş Komandan kimi hərbi idarəçiliyi və xalq olaraq bizlərin prezidentlə bir yumruq kimi birləşməyimiz əhəmiyyətli rol oynamışdır. Dövlətimizin müstəqilliyinin qorunması, milli maraqlarımızın müdafiəsi və ölkəmizin davamlı inkişafı üçün milli həmrəyliyin gücləndirilməsi vacibdir. Xüsusilə təhsil müəssisələrində qanunların aliliyinin təmin olunması və cəhalətin aradan qaldırılması əsas prioritet istiqamətlərdəndir. Cəhalətdən uzaqlaşmaq, maarifə və tərəqqiyə üstünlük vermək həm milli birliyin, həm də dövlətimizin gələcəyinin möhkəmlənməsinə xidmət edir. Bu gün Qarabağ və Şərqi Zəngəzur başda olmaqla, ölkəmizin müxtəlif bölgələrində bərpa və quruculuq layihələri həyata keçirilir. Eyni zamanda, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmizdə quru və dəmir yollarının inkişafı, dəniz nəqliyyatı imkanlarının genişləndirilməsi, beynəlxalq logistika dəhlizlərinin yaradılması Azərbaycanın regional tranzit əhəmiyyətini artırır. Bu proseslər ölkənin iqtisadi potensialının gücləndirilməsi ilə yanaşı, müasir biliklərə, innovasiyalara və peşəkar kadr hazırlığına olan tələbatı da artırır. Buna görə də əldə olunan nailiyyətlərin davamlılığı üçün təhsilin inkişafı, elmi düşüncənin təşviqi və cəmiyyətin maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır. Gəlin ölkəmizin gələcək inkişafı, müstəqilliyimizin və sabitliyinin qorunması, davamlı inkişaf naminə milli həmrəyliyimizi gücləndirib ölkə başçımızın ətrafında sıx birləşək,tərəqqiyə “HƏ” cəhalətə “YOX”deyək.

Hüseynova Nuranə

Azərbaycav Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcova ad. Elmi-Tədqiqat Pediatriya İnstitutunun Ərazi Partiya Təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri