Icma.az
close
up
RU
Cəhalətin dini yoxdur

Cəhalətin dini yoxdur

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Rafiq ƏLİYEV
Fəlsəfə elmləri doktoru, professor

Son vaxtlarda cəmiyyətdə cəhalət problemi geniş müzakirə olunan mövzulardan birinə çevrilib. Əslində ətrafımızda baş verənləri nəzərə alsaq, bunun təsadüfi olmadığını deyə bilərik. Çünki cəhalət hələ də cəmiyyətin mənəvi inkişafına mane törədən ciddi təhlükələrdən biri olaraq qalmaqdadır. 

Cəhalət müxtəlif formalarda - dini, siyasi, millətçi və ideoloji səviyyədə təzahür edə bilir. Məhz buna görə də onunla mübarizə aparmaqdan ötrü ilk növbədə mahiyyətini düzgün anlamaq son dərəcə vacibdir. Amma nədənsə  əksər insanlar cəhalətin səbəbini dində axtarırlar. Əslində cəhalət insanın yanlış düşüncəölərindən, yersiz şübhələrindən, məsuliyyətsiz əməllərindən doğur. Həqiqi maarifçilik əsla dini elmlə qarşı-qarşıya qoymur. O, dini mövhumatdan, elmi isə təkəbbürdən azad edir. İman, bilik və mənəviyyatın bir-birini tamamladığı cəmiyyətdə heç zaman xürafatçılıq ola bilməz.  Dinlə cəhaləti eyniləşdirmək qətiyyən yolverilməzdir. Unutmayaq ki, müəslmanların müqəddəs kitabı olan Qurani-Kərim «Oxu!» əmri ilə başlayır. Bu öz-özlüyündə bəşəriyyətin elmə, biliyə, sağlam düşüncəyə çağırışıdır. Həqiqi iman heç vaxt maarifçiliyin əleyhinə olmayıb. Elmdən sui-istifadə elmin dəyərini azaltmadığı kimi, dini ideyalardan sui-istifadə də dinin əsl mahiyyətini və missiyasını dəyişmir. Həqiqi din insanı elmə, ədalətə, mərhəmətə və mənəvi məsuliyyətə çağırır. Əgər kimsə dini mövhumatı, fanatizmi və ya siyasi maraqları əsaslandırmaq üçün onu vasitəyə çevirirsə, bu, dinin deyil, insanın günahıdır.

Azərbaycanın tarixi də bunu aydın şəkildə təsdiq edir. Böyük maarifçilər heç vaxt dinə qarşı mübarizə aparmayıblar. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Cabir, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə cəmiyyəti cəhalətdən, ehkamçılıqdan, nadanlıqdan azad etməyə çalışırdılar. Onlar insanın özünə qarşı deyil, onun azad, savadlı və məsuliyyətli şəxsiyyət kimi formalaşmasına mane olan amillərə qarşı mübarizə aparırdılar.

Həqiqi maarifçi günahkar axtarmır, bu bəlanın səbəbləri araşdırır. Çünki səbəbləri aradan qaldırmadan nəticə ilə mübarizə aparmaq heç vaxt fayda verə bilməz. Problemin kökü cəhalətdirsə, onun yeganə çarəsi maariflənməkdir. Bu gün bir vətəndaş olaraq din, elm və dünyəvi dövlətçiliyi bir-birinə qarşı qoymamaq bizim əsas məqsədimiz olmalıdır. Cəhalətdən uzaq cəmiyyət onların hər birinin üstün cəhətlərini seçib vəhdət yaratmağı bacarmalıdır. Dünyəvi dövlət vicdan azadlığını və qanun qarşısında bütün vətəndaşların bərabərliyini təmin edir, elm insan idrakının üfüqlərini genişləndirir, din şəxsiyyətin mənəvi məsuliyyətini möhkəmləndirir, mədəniyyət isə insanın mənəvi kamilliyini formalaşdırır. Onların vəhdəti cəmiyyətin davamlı inkişafı üçün möhkəm zəmin yaradır.

Cəhalətin dini yoxdur. O, dini mühitdə də, siyasətdə də, ideologiyada da, hətta elmin özündə də eyni dərəcədə təhlükəlidir. İnsan başqalarını dinləmək qabiliyyətini itirdiyi, yalnız öz fikrini yeganə həqiqət hesab etdiyi anda cəhalət meydana çıxır.
Azərbaycanın gələcəyi bir-birimizi nə qədər sərt ittiham etməyimizdən deyil, müstəqil düşünən, insan ləyaqətinə hörmət edən, mədəniyyəti yüksək qiymətləndirən və həqiqəti xürafatdan ayıra bilən nəsillər yetişdirməyimizdən asılıdır. Azərbaycanın görkəmli maarifçiləri bizə məhz belə bir yolu miras qoyublar. Bu yol bu gün də cəhalətə qarşı mübarizənin ən etibarlı yoludur. Gələcək daha çox ittiham edənlərə deyil, daha dərindən maarifləndirənlərə məxsusdur.

Tarix dəfələrlə sübut edib ki, cəhalət heç vaxt heç bir cəmiyyəti sivilizasiyaya  aparmayıb. Sivilizasiyaları bilik, mədəniyyət, mənəviyyat və insana hörmət yaradıb. Din vicdanı tərbiyə edir, elm təfəkkürü inkişaf etdirir, mədəniyyət isə insanı kamilləşdirərək əsl zirvələrə yüksəldir. Yalnız bu üç başlanğıcın ahəngdar vəhdətində gələcəyə inamla baxa bilən cəmiyyət formalaşır. Buna görə də həqiqi maarifçilik nə dini, nə də elmi inkar edə bilməz. Maarifçilik dinə deyil, cəhalətə qarşı mübarizə üsuludur. Onun yüksək mənəvi missiyası da məhz budur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Avqust 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see378

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see243

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see234

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see231

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see218

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see217

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see211

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see210

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see210

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see209

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see209

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see204

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see203

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see202

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see186

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see183

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see182

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see175

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see171

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri