Icma.az
close
up
RU
Dini jurnalistika üzrə ixtisaslaşmış qurumumuz yoxdur

Dini jurnalistika üzrə ixtisaslaşmış qurumumuz yoxdur

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dini mövzuların işıqlandırılması digər həssas sahələrdən fərqlənir və bu istiqamətdə jurnalistlərdən daha yüksək peşəkarlıq, qərəzsizlik və məsuliyyət tələb olunur.

Modern.az xəbər verir ki, bunu Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” adlı panel sessiyada Teleradio Akademiyasının rektoru Almaz Mahmud bildirib.

O qeyd edib ki, dini mövzuların işıqlandırılmasında söhbət təkcə ayrı-ayrı şəxslərdən deyil, bütöv bir toplumun inancından və mənəvi dəyərlərindən gedir:

“Digər həssas kateqoriyalarla işləyərkən bir insanın taleyinə təsir göstərə bilərsiniz. Amma dini mövzularda yanlış yanaşma bütöv bir cəmiyyətin hissiyyatına və mənəvi dünyasına toxuna bilər. Buna görə də bu sahədə mediadan dəqiq, qərəzsiz və hərtərəfli informasiya təqdim etməsi gözlənilir”, - deyə o bildirib.

A.Mahmud Azərbaycanda dini jurnalistika sahəsində ixtisaslaşmış peşəkar təşkilatın olmamasını diqqətə çatdırıb:

“Azərbaycanda jurnalist təşkilatları fəaliyyət göstərir. Ancaq dini jurnalistika üzrə ixtisaslaşmış assosiasiya və ya qeyri-hökumət təşkilatı yoxdur. Halbuki ölkəmizin coğrafi mövqeyi, dini müxtəlifliyi və bu sahənin həssaslığı belə bir qurumun fəaliyyətini zəruri edir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, belə bir təşkilat həm jurnalistlərin peşəkar inkişafına, həm də cəmiyyətin düzgün məlumatlandırılmasına mühüm töhfə verə bilər.

A.Mahmud xatırladıb ki, vaxtilə Ermənistanın işğalı dövründə Azərbaycan məscidlərində törədilən vandalizm aktlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində media daha fəal rol oynaya bilərdi:

“Media dördüncü hakimiyyətdir. Bu cür məsələlərin beynəlxalq səviyyədə gündəmə gətirilməsində yalnız dövlət qurumları deyil, peşəkar media institutları da fəal iştirak etməlidir”, - deyə o qeyd edib.

Rektor həmçinin vurğulayıb ki, jurnalistlərin peşəkar müzakirə platformalarında bir araya gəlməsi onların bilik və bacarıqlarının artmasına, dini mövzuların daha məsuliyyətli işıqlandırılmasına xidmət edir:

“Hazırda vizual savadlılıq və süni intellekt mövzusunda elmi tədqiqat aparır və bu çərçivədə dini savadlılıqla vizual medianın qarşılıqlı əlaqəsini də araşdırır.

Bundan əlavə, istər dini savadlılıqda vizual yanaşma, istərsə də vizual mediada dini savadlılıq eyni prinsiplərə əsaslanır və hər iki istiqamətdə əsas məqsəd peşəkarlığın və düzgün informasiya təqdimatının təmin edilməsidir”, - deyə A.Mahmud fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyul 2026 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri