Icma.az
close
up
RU
Cəhənnəmin xəritəsi ​​​​​​​ Bir rəsmin dedikləri

Cəhənnəmin xəritəsi ​​​​​​​ Bir rəsmin dedikləri

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Cəmilə Məmmədovadır. Onunla məşhur rəssam Sandro Botiçellinin "Cəhənnəmin xəritəsi" əsərindən danışmışıq.

Sandro Botiçelli 1445-ci ildə Florensiya şəhərində anadan olub. Botiçelli də bir çox rəssam kimi yaradıcılığının təməlini rəssam emalatxanasında qurub. Bir müddət sonra isə Florensiya Rəngkarlıq məktəbinin görkəmli nümayəndəsinə çevrilib. Onun yaradıcılığı Erkən İntibah dövrünə təsadüf edir. Botiçellinin yaradıcılıq xüsusiyyətlərindən, konturlamaya diqqət, realizmə və dini janra üstünlük, qadın gözəlliyinin tərənnümü və şəxsi təxəyyülə, fantastikaya meyli nümunə göstərə bilərik. Rəssamın əsərləri XIX əsrdə işıq üzü görsə də, həm öz dövrünün, həm də XIX-XX əsr tədqiqatçılarının maraq dairəsi olub. Çünki onun əsərlərində xüsusi dekorativlik, plastika yer alır. Botiçelli 1510-cu ildə Florensiyada vəfat edib.

- "Cəhənnəmin xəritəsi" Botiçelli yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Bu əsəri rəssam 1480-1490-cı illərdə ərsəyə gətirib. Botiçelli məşhur yazıçı Dante Alighierinin  "İlahi komediya" əsərini oxuduqdan sonra bu rəsmi çəkmək qərarına gəlib. Əsər rəssamın məşhur işlərindəndir və renessan üslubundadır. Rəssam axtarışlarından sonra "Cəhənnəmin xəritəsi" mövzusunun qədim tarixi olduğunu aşkar edib. Botiçelli sanki, üstü tozlanmış bir mövzunu cəmiyyət üzünə işıqlandırıb. Çünki "İlahi komediya" əsərinin mövzusunda eramızdan əvvələ, Yunanıstanın, Romanın və bu kimi qədim ölkələrin dini tarixinə müraciət edildiyi bəllidir.

- Əsərin rəng həlli necədir?

- Botiçellinin bu əsəri canlı rəng palitrasına sahibdir. Təsviri daha uzunömürlü etmək üçün rəssam, perqament üzərində fırça və qələmlə işləyib. Əsərdə müxtəlif rənglərin: sarı, firuzəyi, qırmızı, yaşıl, mavi tonlarından istifadə olunub. Bunlarla yanaşı, qızılı rəng də özünü göstərir.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Rəsmin kompozisiyası zəngindir və çoxfiqurludur. Əsər dini janrdadır və burada rəssamın dərin fantaziyası da rol oynayıb. Biz bu kompozisiyada 9 əsas aşağıya doğru enən halqaları görürük. Ən axrıncı, yəni aşağıdan birinci mərhələdə şeytan yer alır və rəssam onu buz içində təsvir edib. Bunun səbəbi odur ki, indiki dövrdən fərqli olaraq, əvvəllər insanlar buzla cəzalandırılacaqlarına inanırdılar, ona görə də, şeytan buz küpünün daxilində verilib. Təsvirdəki mərtəbələrin öz adı olmaqla yanaşı, hər biri, öz fərdi xüsusiyyətləri ilə fərqlənirdi. Bu mərtəbələrdə insanlar, işlədiyi günahlara görə cəzalandırırdılar. Birinci mərtəbə Limbus (Limbo) adlanırdı və burada əsasən vəftiz olunmadan qaçanlar, xristianlığı qəbul etməyənlər yer alırdı. Bu mərtəbədə bir neçə tanınmış tarixi şəxslərin adı çəkilir. Məsələn: Homer, Evkild, İbn Rüşd, Siseron, İbn Sina və b.

İkinci mərtəbədə isə ehtirasına, erotik hisslərinə hakim ola bilməyən insanların yer alır. Bu mərtəbəyə də tarixi şəxslərdən nümunə gətirə bilərik. Onlardan, Dido, Kleopatra VII və Karfagen kraliçasının adını çəkmək olar. Üçüncü mərtəbə, Cerbus adlı varlıq tərəfindən nəzarətə alınıb, burada əsasən acgöz, işgəncəyə məruz qalan insanlar yer alırdı.

Dördüncü mərtəbədə tamahkar, şan-şöhrət düşkünü, xəsislik edən insanlar yer alırdı. Beşinci mərtəbədən başlayaraq artıq günahkarlara qarşı daha da şiddətli tədbirlər həyata keçirilirdi. Bu mərtəbədə yer alanların günahı isə, qəzəblə yanaşmaq, kin saxlamaqdır.

Altıncı mərtəbədə artıq şiddət edən, qəzəbinə yenik düşən insanlara hiddət göstərənlər yer alır. Yeddinci mərtəbədəkilərin günahı isə zorakılığa meyl etmələridir. Səkkizinci mərtəbədə fırıldaqçılar, yalançılar yer alırdı. Son və doqquzuncu günah mərtəbəsində isə satqınlar, yarıyolda qoyanlar, şər atanlar, böhtançılar yer alır. Ümumi kompozisiyaya diqqətli nəzər salsaq, dinamik əsər olduğunu, orada yerləşən fiqurların əziyyətinin təsvir edildiyini deyə bilərik. Onu da qeyd etməliyik ki, yalnız birinci mərtəbədə günəşli və qaranlıq hissə mövcuddur ki, bu da o halqanı digərlərindən fərqləndirir. Mərtəbələr arasında pilləkənlər də, mövcuddur və incə detallarla hər bir halqanın çatları da verilib. Bununla yanaşı dekorasiyanı da vurğulaya bilərik.

- Əsər hazırda harada saxlanılır?

- Əlyazmanın əsas hissəsi 1882-ci ildə Berlin Rəsmlər və Eskizlər muzeyinin kolleksiyasına əlavə edilib. Daha sonra "Cəhənnəmin xəritəsi" hissəsi də əlavə edilərək, Vatikan muzeyinə verilib. Günümüzdə sərgilənməsə də, əvvəllər sərgilərdə tez-tez nümayiş etdirilirdi.

- "Cəhənnəmin xəritəsi" rəssamın digər əsərləri ilə hansı ortaq və fərqli cəhətlərə malikdir? Məsələn, Botiçellinin təxminən eyni dövrə aid "Bahar" tablosu ilə müqayisə etsək, hansı məqamları qeyd edərdiniz?

- Sandro Botiçellinin "Cəhənnəmin xəritəsi" və "Bahar" əsərlərini müqayisə etdikdə ortya bir çox fərqli və oxşar xüsusiyyətlər çıxır. "Bahar" 1470-ci illərə aiddir. Hər iki əsər intibah üslubundadır, detallara diqqət yetirilib, fəlsəfi məna, Mediçi ailəsi tərəfindən sifariş edilib. Fərqli cəhətlərə gəldikdə isə "Bahar" əsəri alleqorik janrdadır, "Cəhənnəmin xəritəsi" əsəri isə dini janrda. "Cəhənnəmin xəritəsi" əsəri daha kiçik ölçülü, yəni 32 sm ? 47 sm-dir, "Bahar" əsəri isə 202 sm ? 314 sm-dir. Hər iki təsvirdə zəngin rəng qanması olsa da, fərqli tonlardan istifadə edilib. "Bahar" əsərinda tünd tonlardan istifadə edilsə də, "Cəhənnəmin xəritəsi"ndə açıq rənglərə üstünlük var. Hər iki əsərin də başlanğıc və son nöqtəsi mövcuddur.

"Bahar" əsərində kompozisiya sağdan sola doğru, "Cəhənnəmin xəritəsi" əsərində yuxarıdan aşağı doğru kompozisiya görünür. "Cəhənnəmin xəritəsi" əsəri perqament üzərində fırça və qələmlə işlənilib, lakin "Bahar" əsəri panel üzərində tempera ilə işlənilib. Hər iki əsərdə də, psixologizm hiss edilməkdədir. Digər bir fərqli cəhət isə "Bahar" əsərini. Ufizzi Qalereyasında saxlanılması "Cəhənnəmin xəritəsi" isə Vatikan kolleksiyasında yer almasıdır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Bu əsər bizə cəhənnəmin var olduğunu, insanların işlədikləri günahlara görə axirətdə zülm çəkmələri haqqında danışır. Sanki bir növ insanlara yol göstərir, hansı işlərin günah olması, qarşılığında bizi nələrin gözlədiyi haqqında məlumat verir. Bu əsər insanları günah işləməməyə, dininə hörmət göstərməyə, yoldaşlarına, dostlarına qarşı xəyanət etməməyə səsləyir. Onu da deyə bilərik ki, rəssam Dantenin əsərinin əsas məzmununu da bizə çatdırmağa çalışır.

Aytac SAHƏD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri