Icma.az
close
up
RU
Cehiz və qızıl davası edən analar, öldürülən övladlar...

Cehiz və qızıl davası edən analar, öldürülən övladlar...

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Rəna Nevzatın "Avtoritar ailə zehniyyətinin qəddarlığı – oğlunu öldürən analar..." adlı yeni yazısını təqdim edir.

Dünən ölkə gündəmi yenə dərin psixo-sosial kökləri olan bir ailə faciəsi ilə çalxalandı.

Rayonlardan birində toydan bir neçə gün əvvəl bəy evinə göndərilən cehizlər gəlinin anası tərəfindən bəyənilməyib, bundan xəbər tutan qızın atası toydan imtina edərək qızı oğlana verməyəcəyini bəyan edib. Hər şeyin alt-üst olduğunu görən bəy buna dözməyərək canına qıyıb. Oğlanın ölüm xəbərini eşidən qız da ağır psixoloji sarsıntı keçirib intihara cəhd edib və xəstəxanaya yerləşdirilib...

İlk baxışda bir neçə cümlədən ibarət ağır xəbərdir. Bu, təkcə bir ailənin dramatik, faciəvi sonluğu deyil. Bu, cəmiyyətimizdə kök salmış, adət-ənənə ilə, "ana haqqı" ilə “yüklənmiş”, amma əslində məişətçi və zəhərli zehniyyətin ölümə qədər aparan qəddar formasıdır.

Bu, ailə içi zorakılığın səs-küysüz formasıdır – emosional təzyiq, mənəvi manipulyasiya, sevginin üstündə qurulan hökmranlıq çəklində özünü göstərdi.

Cəmiyyətimizdə ana olmaq müqəddəsliklə eyniləşdirilir. Bu müqəddəsliyi zamanla toxunulmazlığa, daha sonra isə hökmə çevirirlər.

"Oğul mənimdir", "Hansı gəlini istəyərəm, onu qəbul edərəm", “Bu evin ağası mənəm, gəlinə söz düşmür” düşüncəsi isə əslində ana sevgisi deyil, güc nümayişidir. Bu, övladın həyat yoldaşını seçmək haqqını, özü istədiyi şəkildə ailəsini qurmaq hüququnu əlindən almaqdır.
Bu faciə ümumiyyətlə, Azərbaycanda bir çox anaların övladlarının həyatına eqoistliklə və rəqabət prinsipi ilə yanaşmasını bir daha yada saldı.

Əgər bir ananın sevgisi, oğlunun seçimlərini təhqir etməyə, gələcək həyatına qarşı çıxmağa qədər gedirsə, bu, artıq sevgi deyil, narsistik qəddarlıqdır.

Hökmranlıq ehtiyacı ilə nə oğluna, nə də gəlinə göz verib işıq verməyən, onların həyatı, gələcəyi ilə bağlı seçimlərə mütəmadi qarışan, ailədaxili münaqişələr, faciələr yaradan, hətta oğulun qız övladına öz adının qoyulması üçün hər cür manipulyasiyadan istifadə edən belə “analar”ın sayı cəmiyyətimizdə təəssüf ki, bəs deyincədir...

Cehiz – bu hadisənin görünən tərəfidir. Amma əslində orada cehiz yox, bir insanın şəxsiyyəti, sosial vəziyyətinin imkan verdiyi qədər etdiyi seçimlər “bəyənilmədi”. Dolayısıyla, oğulun və gəlinin yaşayacağı yerdən tutmuş istifadə edəcəyi qab-qacağa, məişət əşyasına qədər “ana” seçməli imiş - XXI əsrdə! Gəlinin gətirdiyi əşyalar, özünün zövqü belə “ana”lara qətiyyən maraqlı deyil!

Analar bəzən unudurlar ki, bəyənmədikləri cehizlə, narazılıq etdikləri məqamlarla əslində öz oğullarının seçiminə hörmətsizliklə yanaşırlar, şüuraltı olaraq “sən səhv etmisən” deyirlər. Bu təkcə gəlinə deyil, oğula da yönəlmiş bir alçaldılmalıdır. Və bəzi oğullar bu alçaldılmanın və mənəvi təzyiqin yükünü daşıya bilmirlər, öz həyatları bahasına etiraz edirlər.

Ağrılı nəticə isə göz önündədir: bir ailə qurulmadan dağıldı. O “ana”nın hökmranlıq edib həyatını zəhərə çevirdiyi oğul da artıq həyatda yoxdur. Bəli, birbaşa olmasa da, o qadın dolayı olaraq öz oğlunun qatili oldu...

Valideyn sevgisi, əgər övladı boğursa, müqəddəslikdən çıxır. Heç nəyə bu qədər müqəddəslik donu geyindirib, kiminsə ömrünü zəhərləmək lazlm deyil. Bu dünyada ən müqəddəs məsələ bir insanın yaşamaq haqqıdır, qalan hər şeyi buna uyğunlaşdırıb insani şəkildə ortaq məxrəci tapmaq olar.

Cəmiyyət olaraq bu mövzularda susmamalıyıq, qınamalıyıq.

Valideynlər artıq emosional manipulyasiyalarla idarə edilən avtoritar ailə zehniyyətindən çıxmalıdırlar!

Dövr də, müasir gəncliyin düşüncə tərzi də artıq çoxdan dəyişib.

Efirlərdə ağzı köpüklənə - köpüklənə avtoritar ailə dəyərlərindən danışan “sosioloq filosoflar” da, “baytar psixoloqlar” da bu dəyərlərin lazımsız məişət hökmranlığı ilə deyil, sevgi, qarşılıqlı anlayış və sayğı üzərində inşa edildiyini vurğulamalıdırlar, bununla bağlı maairfləndirməlidirlər.

Valideynlər övladlarının həyatına da, seçimlərinə də, qurduqları ailəyə də hörmət etməyi öyrənməlidirlər.

Öyrənmək istəməyəndə isə onsuz da övladının həyatı bahasına ağır müsibətlə öyrənmək məcburiyyətində qalırlar...

Fantastika sevərlərə şad xəbər: “Highlander” filminə daha bir ulduz qoşuldu Çılpaqlar düşərgəsinə gedən, iki rəfiqə ilə məktublaşan yazıçı - O, Fələstində kiminlə restoran açmaq istəyirdi? Bəzən ayaqqabı olmaq keçir içimdən... - Tural Balabəylinin şeirləri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 İyul 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri