Icma.az
close
up
RU
Bu halda övladlar ataanalarına aliment ÖDƏMƏLİDİRLƏR

Bu halda övladlar ataanalarına aliment ÖDƏMƏLİDİRLƏR

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aliment deyəndə çoxlarının ağlına yalnız boşanmadan sonra valideynlərdən birinin digərinə uşaqların saxlanılması üçün ödədiyi vəsait gəlir. Lakin qanunvericiliyə görə, bu, aliment öhdəliyi ilə bağlı istiqamətlərdən yalnız biridir. 
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Ailə Məcəlləsinə əsasən, aliment öhdəliyi daşıyan tərəflərdən biri də əmək qabiliyyətli yetkinlik yaşına çatmış övladlardır. 
Belə ki, sənəddə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduğu yazılıb. 
Lakin aliment ödənilməsi barədə razılıq olmadıqda belə valideynlərin övladlarından vəsait məhkəmə qaydasında tutulur.
Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və digər amillər nəzərə alınmaqla aylıq sabit məbləğdə müəyyən edilir. 
Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər hallarda, yetkinlik yaşına çatmış övladlar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənlər tərəflərin razılığı ilə də müəyyən oluna bilər. 
 

Lakin burada istisna hallar da var. Belə ki, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.


Uşaqlar, həmçinin valideynlik hüquqlarından məhrum olunmuş valideynlərinə aliment ödəməkdən azad edilirlər. 
Aliment ödəmək öhdəliyi olan tərəflərdən biri də ər və arvaddır. Qanunvericiliyə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Köməyin göstərilməsindən imtina edildikdə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, həmçinin hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad aliment ödənməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
Eyni zamanda, 18 yaşınadək əlil və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan 18 yaşından yuxarı uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvadın da belə hüququ var. Bu şərtlərdə ər və arvad hətta boşandıqdan sonra da onlardan biri digərinə aliment ödəməyə borcludur. 
Bundan başqa, nikah pozulana qədər və ya nikah pozulduğu gündən 1 il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad qarşı tərəfdən məhkəmə qaydasında aliment ödəməyi tələb etmək hüququna malikdir.
Eyni zamanda, nikah pozulduğu andan (uzun müddət nikahda olublarsa) 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad qarşı tərəfdən məhkəmə yolu ilə aliment tələb edə bilər.  
Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə və ya arvada ödənilməsi qaydasının onların arasında razılaşdırılması mümkündür.
Tərəflər arasında razılaşma olmadıqda alimentin miqdarı məhkəmə tərəfindən onların maddi vəziyyəti və digər amillər nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. 
Lakin bununla belə, məhkəmə müəyyən hallarda ər və ya arvadı nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan tərəfi saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər. 
Sözügedən hallara aşağıdakılar aiddir: 
- Maddi yardıma ehtiyacı olan ər və ya arvad əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə; 
- Aliment ödənilməsini tələb edən ər və ya arvad ailədə ləyaqətsiz davrandıqda; 
- Nikah çox çəkmədikdə. 
Eyni zamanda aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətininbərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda, eləcə də şəxs yeni nikaha daxil olduqda və ya tərəflərdəm biri öldükdə aliment ödənilməsi dayandırılır.  
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Yanvar 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri