Icma.az
close
up
RU
Cəlal Qasımov: Süni intellekt dövründə bilik adi bir resursa çevrilir

Cəlal Qasımov: Süni intellekt dövründə bilik adi bir resursa çevrilir

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu sadəcə bir tədbir deyildi. Bu forum Azərbaycan üçün, ölkənin vətəndaşı və korporativ vətəndaşı olan hər birimiz üçün vacib platformadır.

SİA xəbər verir ki, bu barədə “PAŞA Holdinq”in icraçı direktoru Cəlal Qasımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "İnsan kapitalına və gələcək bacarıqlara investisiya" mövzusunda keçirilən panel sessiyada deyib.

C.Qasımov qeyd edib ki, əsl boşluq biliyi əldə etməklə həmin biliyi fəaliyyətə çevirə bilmək arasındadır.

“İnsanlar haqqında düşünəndə mən hər zaman 5 təbəqədən baxıram. İlk təbəqə bilik, bacarıqlar, düşüncə tərzi, mühakimə yürütmə və müdriklikdir. Bilirsiniz ki, bilik nəyi bildiyinizin əsasıdır; bacarıqlar bu biliyi mənalı bir şeyə çevirməyə kömək edən vasitədir; düşüncə tərzi dünyaya baxdığımız, baş verənləri necə şərh etdiyimiz prizmadır. Mühakimə yürütmək isə odur ki, məsələni şərh etdikdən sonra qərarlar qəbul etməliyik. Çox vaxt da məlumat natamam olduqda və ya seçimlər tələb olunduqda qərar vermək məcburiyyətində qalırıq. Müdriklik isə əslində budur: “Biz doğru problemi həll edirikmi?, “İndi fokuslanmalı olduğumuz ən vacib şey nədir?" suallarını verməkdir. Çünki bu dünyada nəyəsə fokuslanmaq getdikcə daha da çətinləşir. Biz hər kəsə doğru sualları necə verməyi daha çox öyrətməliyik. Çünki yenə də, hər kəs süni intellektdən danışır, hamımız fərqli alətlərdən istifadə edirik, lakin aldığımız cavabın keyfiyyəti süni intellektə verdiyimiz sualın keyfiyyətindən asılıdır.

Səmimi desək, süni intellekt dövründə bilik artıq adi bir resursa çevrilir. Bu, hələ də vacibdir, insanların biliyi olmalıdır. Artıq bilik əsasında insanları və ya üç nəfəri bir-birindən fərqləndirmək çox çətindir. Bilik asanlıqla əlçatandır, onu tez əldə edirsən. İndi işlərin böyük hissəsini maşınlara həvalə edə bilərik: mətn yazmaq, qeydlər aparmaq, analiz etmək - bütün bu analitik işləri maşınlar edir. Lakin vacib olan və həll etməyimiz, həll yolunu tapmağımız lazım olan məsələ bu düşüncə tərzi məsələsidir. Çünki düşüncə tərzi hər şeyi diktə edir və getdikcə daha çox diktə edəcək. Öz hekayənizi necə qurmağınız, bunu uşaqlara necə izah etməyiniz əslində böyük təsirə malikdir. Düşünürəm ki, bu, təhsilin bir hissəsi ola bilər və olmalıdır. Daha sonra mühakimə yürütmək məsələsi gəlir. Kiminsə mühakimə qabiliyyətini artırmaq üçün ilk növbədə, təhsil vasitəsilə fərqli çərçivələri öyrənə bilərik. Çünki bu çərçivələr qərar qəbul etməyə kömək edir. Lakin bir insanın mühakimə qabiliyyətini həqiqətən inkişaf etdirməsi üçün təcrübə keçməsi lazımdır. Onlara qərar vermək, səhv etmək və sonra bu səhvlərdən öyrənmək şansı verilməlidir”, - deyə C.Qasımov əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Sentyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri