Icma.az
close
up
RU
Cəlaloğlu: Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür

Cəlaloğlu: Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Uzun müddət davam edən müharibələr zamanı qonşu ölkələrdə də insidentlər yaranır. Təbii ki, iri dövlətlərin bir-birilə toqquşması istisnadır. Yəni Amerika ilə Rusiya birbaşa toqquşmayacaq, eləcə də İngiltərə, Almaniya və Fransa açıq hərbi qarşıdurmaya daxil olmaz. Amma mümkündür ki, Avropanın kiçik dövlətlərində proksi müharibələr olsun. Çünki II Dünya Müharibəsindən sonra Amerika ilə SSRİ və indi onun varisi olan Rusiya arasında müharibələr üçüncü dövlətlərin ərazisində baş verib. Biz bura Vyetnam, Koreya, Əfqanıstan, Kuba, Efiopiya və Afrikada baş verən savaşları aid edə bilərik. Yəni bu müharibələrdə döyüşən tərəflər əslində Amerika ilə SSRİ idi, lakin özləri bilavasitə savaşda iştirak etmirdilər”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ukraynada və dünyanın digər ərazilərində müşahidə edilən hərbi-siyasi gərginlikdən danışarkən deyib.
S. Cəlaloğlu ehtimal etmir ki, nüvə dövlətləri münaqişələrdə hərbi tərəf kimi iştirak etsinlər. Amma o, Ukrayna ilə yanaşı Polşa, Rumıniya, Estoniya kimi dövlətlərlə Rusiya arasında münaqişəni mümkün sayır və bildirir ki, əgər belə olarsa, Qərb həmin dövlətlərə daha ciddi dəstək verəcək.
Cəlaloğlunun fikrincə, hazırkı vəziyyətdə Rusiyanın müharibəni genişləndirmək niyyəti ağılsızlıq olardı.
ADP sədri əlavə edib ki, Rusiya hakimiyyəti sağlam düşünə bilmir:
“Ukraynada müharibəyə başlamaq Rusiyanın ən böyük səhvlərindən biri idi. Müharibəyə qədər keçmiş müttəfiq ölkələr Rusiya ilə yüksək səviyyəli münasibətdə idi, Avropanın aparıcı dövlətləri ilə əla əlaqələr qurulmuşdu. Amma Ukrayna müharibəsi Rusiya ətrafındakı müttəfiqlərin əksəriyyətini kənarlaşdırdı və indi Rusiya Şimali Koreya və Belarusun ümidinə qalıb. Odur ki, münaqişə genişlənərsə, Rusiya daha çox itirəcək. Nəzərə almaq lazımdır ki, Ukrayna müharibəsində Rusiya hərbi potensialının azı üçdə birini itirib”.
Cəlaloğlu qeyd edib ki, Rusiyada daxili vəziyyət də ağırdır:
“İnterneti izləyən zaman görürük ki, Rusiyada vətəndaşlar zibil qablarından yemək axtarırlar, bəzi rus şəhərləri, xüsusən də Uzaq Şərq boşalır. Məncə, bu proses tədricən Rusiyanın Avropa hissəsinə də sirayət edəcək. Belə bir vəziyyətdə Rusiyanın birbaşa ABŞ, Almaniya, Fransa və İngiltərə kimi dövlətlərlə hərbi münaqişəyə gedəcəyini düşünmürəm, amma Baltikyanı dövlətlərlə, eləcə də Polşa, Rumıniya və Bolqarıstanla insidentlər yarana bilər. Amma, hətta bu ölkələrlə də geniş müharibə ağlabatan görünmür”.
ADP sədri sonda əlavə edib ki, hazırda Rusiyaya lazım olan işlərdən biri Ukraynaya ciddi dəstək verən ölkələri neytrallaşdırmaqdır. Bu sırada Polşa, Baltikyanı ölkələr gəlir və onlar Ukraynaya hər cür dəstək verirlər. “Məncə, bu mərhələdə Rusiya Ukraynanı təkləmək üçün onların gözünü qorxutmaq istəyir. Amma düşünmürəm ki, Rusiya Avropa dövlətləri ilə uzunmüddətli və geniş müharibəyə başlasın”,- deyə Cəlaloğlu yekunlaşdırıb.
Nemət ORUCOV
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri