Icma.az
close
up
RU
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır

Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Ermənistan siyasi baxımdan istiqamətini müəyyənləşdirir. Sadəcə, baş nazir Nikol Paşinyanın nə dərəcədə legitim olması, onun həyata keçirdiyi siyasətin xalq tərəfindən necə dəstəklənməsi məsələsi keçiriləcək parlament seçkiləri zamanı üzə çıxacaq. Parlament seçkilərinin nəticələrindən asılı olaraq Ermənistan bir dövlət kimi siyasi yolunu seçəcək. Bu baxımdan, Ermənistandakı durum və seçkinin nəticələri bütün regionumuz üçün əhəmiyyət daşıyır”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu gələn il Ermənistanda keçiriləcək parlament seçkilərindən danışarkən deyib.
“Əgər parlament seçkilərində revanşist qüvvələr qalib gələcəksə, təbii ki, Ermənistandakı proseslər əvvəlki vəziyyətə qayıdacaq, Azərbaycanla münasibətlərdə gərginlik yaradılacaq, Azərbaycanla əldə edilən razılaşmalar pozulacaq, Amerikada aparılan danışıqlar və nümayiş etdirilən niyyətdən imtina ediləcək və s. Yox, əgər parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələr qalib gələcəksə, bu artıq Paşinyanın tam və qəti qələbəsi olacaq. Bundan sonra Paşinyan və hökumətinin atdığı bütün addımlar legitim olacaq. Eyni zamanda ABŞ və Avropa Paşinyanı ciddi şəkildə dəstəkləyəcək. Bu zaman Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının qarşısında heç bir maneə olmayacaq. Çünki Paşinyan parlamentdə çoxluq əldə edəcəyi təqdirdə həm daxildə rəqiblərini neytrallaşdırmaq üçün geniş imkanlar qazanacaq, həm də, faktiki olaraq, beynəlxalq imicini, legitimliyini bir daha təsdiqləyəcək. Və kifayət qədər dəstək alacaq”,- S. Cəlaloğlu izah edib.
ADP sədri bildirib ki, sadaladığı məqamları nəzərə aldıqda məlum olur ki, Ermənistanda gələn il keçiriləcək parlament seçkilərinin nəticələrindən çox şey asılıdır. Onun sözlərinə görə, seçkilərdən təkcə Ermənistanın gələcək siyasi yolu deyil, eyni zamanda Gürcüstan və Azərbaycan da daxil olmaqla, regionun gələcək taleyi də müəyyən qədər asılı olacaq.
Nemət ORUCOV
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri