Icma.az
close
up
RU
Cəlaloğlu: Sürətli silahlanma münasibətləri daha təhlükəli həddə çatdıracaq

Cəlaloğlu: Sürətli silahlanma münasibətləri daha təhlükəli həddə çatdıracaq

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


“Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə dünyada başlayan silahlanma dövlətlərin sosial-iqtisadi vəziyyətinə ciddi təsir edir və edəcək. Çünki silahlanmaya yönəldilən böyük məbləğdə maliyyəni sosial-iqtisadi sahədən götürəcəklər. Eyni zamanda ölkə iqtisadiyyatları hərbi sənaye üzərində qurulmağa başlayacaqsa, deməli, mülki sənaye sıxışdırılacaq”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu səsləndirib.
ADP sədri deyib ki, əsas vəsaitlərin silah istehsalına yönəldilməsi sosial həyatda bir sıra məsələlərin həllində problemlər yaradacaq: “Ümumilikdə dünyada müşahidə olunan sürətli silahlanma arzuedilməzdir. Münaqişələrin arxasında duran da əsas silah maqnatlarıdır və dünyanın belə silahlanmaya başlaması onların maraq dairəsindədir. Faktiki olaraq Rusiya-Ukrayna müharibəsi dünyada ölkələrin silahlanması və hərbi personalın artırılması ilə müşahidə olunur”.
S. Cəlaloğlunun fikrincə, sürətli silahlanma gələcəkdə siyasi əlaqələrdə problemlər yaradacaq, dövlətlərarası münasibətlərdə konfliktlərin daha təhlükəli istiqamətdə inkişafı ilə nəticələnəcək.
“Adətən dövlətlərin silahı, hərbi gücü olmayanda daha çox diplomatik danışıqlara üstünlük verir, problemləri sülh yolu ilə həll etməyə çalışırlar. Ancaq əlində nəhəng silah resursu, ordusu, hərbi potensialı olan dövlətlər məsələləri güc yolu ilə həll etməyə çalışacaqlar. Necə ki indi Rusiya Ukrayna ilə münasibətlərini diplomatik yollar, danışıqlar vasitəsilə həll etməyə maraq göstərmir və hərbi gücə üstünlük verir. Gələcəkdə də, Avropa ölkələrinin, eləcə də digər imkanlı dövlətlərin öz keçmiş koloniyaları və ya digər dövlətlərlə münsibətlərini hərbi yolla həll etmək ehtimalı arta bilər”,- S. Cəlaloğlu bildirib.
Partiya sədri deyib ki, sürətli silahlanma gələcəkdə münasibətlərin güc vasitəsilə həllini təhdid edir.
Y. QACAR
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 May 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri