Icma.az
close
up
RU
Cəlaloğlu: Türkiyə Rusiya münasibətlərində dəyişiklik baş verəcək

Cəlaloğlu: Türkiyə Rusiya münasibətlərində dəyişiklik baş verəcək

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

“ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra təkcə Rusiya-Türkiyə münasibətləri deyil, bütövlükdə bir sıra ölkələrin münasibətlərində dəyişiklik olub. Məsələn, prezident Bayden açıq şəkildə Türkiyənin əleyhinə çıxış edir, bəyanat verirdi ki, seçkilər vasitəsilə Ərdoğanı hakimiyyətdən uzaqlaşdıracağıq. Eyni zamanda, Bayden Rusiyaya qarşı Ukraynanı birmənalı dəstəkləyirdi. Ona görə də, Rusiya və Türkiyənin maraqları ABŞ-a münasibətdə üst-üstə düşürdü. Bu səbəbdən də onlar arasında müttəfiqlik güclü görünürdü. Amma Donald Tramp hakimiyyətə gəldikdən sonra Baydenin siyasətinə yenidən baxdı, Rusiyaya qarşı Ukraynanı birmənalı şəkildə dəstəkləmədi, Türkiyəni yaxın müttəfiq kimi seçdi, bir sıra bölgələrdə Türkiyənin siyasi maraqlarını qəbul etdi və s. Nəticə olaraq Türkiyə üçün ABŞ-dan gələn təhlükə azaldı”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Türkiyə-Rusiya münasibətlərinin hazırkı vəziyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, Bayden hakimiyyətindən fərqli olaraq hazırda ABŞ-dan ciddi təhlükə olmadığından Türkiyə Rusiya ilə birləşməyə ehtiyac görmür.

S. Cəlaloğlu əlavə edib ki, ikinci səbəb Türkiyənin Ukrayna taxılını daşıması, Rusiya neft və qazının dünya bazarına çıxarmasından əldə etdiyi mənfəətdir: “Amma Rusiyaya qarşı sanksiyalar ciddiləşdikcə Rusiyadan xammal alınması, satılması qadağan edildi. Bu da Türkiyə-Rusiya münasibətlərində müəyyən soyuqluq yaratdı”.

Üçüncü səbəbə gəldikdə, ADP sədrinin fikrincə, bu, Rusiyanın türk dövlətlərinə olan münasibətidir: “Türkiyənin türk dövlətləri ilə münasibətlərini möhkəmləndirməsi Rusiyanı qıcıqlandırdı. Rusiya buna əks olaraq müəyyən addımlar atırdı”.

S. Cəlaloğlu dördüncü səbəb kimi Suriya və ya Yaxın Şərq məsələsini görür: “Bu regionda Türkiyə Rusiyanın maraqlarına ciddi vuran bir çox addımlar atdı”.

Müsahibimiz qeyd edib ki, Suriyada Bəşər Əsəd rejiminin iflası, Əsədin ölkədən qovulması və yeni hakimiyyətin Türkiyə ilə yaxın olması da Moskva-Ankara münasibətlərində gərginlik yaradıb: “Ukrayna müharibəsinin gedişatında Rusiyanın Türkiyə maraqlarına zərbə vurması məsələsi də var. Məsələn, Türkiyənin neft və ya digər yük daşıyan tankerlərinin vurulması, rusların Qara dənizdə hegomonluğunu qurmaq cəhdləri və s. Bütün bunlar, habelə Rusiyadan Türkiyəyə gələn turizm imkanlarının getdikcə azalması halları var. Yəni iki ölkə arasında münasibətlərin nisbətən daha isti olmaması üçün çoxlu səbəblər mövcuddur. Donald Trampın hakimiyyətə gəlişindən sonra elə ciddi dəyişikliklər baş verdi ki, bu fonda Rusiya-Türkiyə münasibətləri əvvəlki şəkildə qala bilməzdi”.

Cəlaloğlunun ehtimalına görə, bu siyasət davam etdikcə Rusiya və Türkiyə arasında münasibətlər soyuqlaşacaq: “Məsələn, əgər ABŞ Türkiyəyə “Patriot” sistemləri və ya “F-16” qırıcıları verəcəksə, bu zaman Rusiyadan alınan “S-400” sistemləri arxa plana keçəcək. Burada Akkuyu elektrik stansiyası məsələsi də var. Həmçinin Türkiyə Somalidə özünün kosmodromunu tikir, halbuki buna qədər rusların imkanlarından istifadə edib. Qısası, son illər ərzində geopolitik proseslər sürətlə bir-birini əvəz edir, çoxlu sayda səbəblər meydana çıxıb və bu, iki ölkə arasında münasibətlərin tədricən dəyişilməsini qaçılmaz hala gətirir. Burada heç bir təsadüf yoxdur, dünyada baş verən proseslərlə əlaqəlidir”.

Nemət ORUCOV

Reyting.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Dekabr 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri