Icma.az
close
up
RU
Cəlilabadda bələdiyyə işinin genişləndirilməsinə dair tədbir keçirildi

Cəlilabadda bələdiyyə işinin genişləndirilməsinə dair tədbir keçirildi

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri 2025-ci il 24 iyul tarixində Cəlilabad rayonu Heydər Əliyev Mərkəzinin zalında keçirildi.

Tədbirdə əsasən Cəlilabad rayon bələdiyyə nümayəndələrindən ibarət olan 18 nəfər iştirak etdi. Təlimi Cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva apardılar.

Qeyd olundu ki, layihə 2 mərhələdə həyata keçirilir:

1-ci mərhələdə:

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi (bələdiyyə fəaliyyəti qanunvericilikdə və reallıqda; bələdiyyə–əhali və bələdiyyə–sahibkar münasibətlərinin inkişafı); Bələdiyyələrin maliyyə dayanıqlığının artırılmasına yardım göstərilməsi (2024-cü ildə Milli Məclis tərəfindən Qrantlar haqqında Qanuna edilmiş dəyişikliklər əsasında bələdiyyələrə dəstək verilməsi; layihə təkliflərinin hazırlanması, real ideyaların layihələşdirilməsi, müsabiqə və tenderlərdə iştirak).

Planlaşdırılan mövzularla bağlı iştirakçılara geniş məlumat verildi, müzakirələr aparıldı. Xüsusilə bələdiyyə–əhali və bələdiyyə–sahibkar münasibətləri mövzuları iştirakçılar tərəfindən maraqla dinlənildi və fəal şəkildə müzakirə olundu. İştirakçılara izah edildi ki, Azərbaycanda bələdiyyələr qrant ala biləcək.  2024-cü ildə  Prezident İlham Əliyev bununla bağlı “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsasları yaradılacaq və tənzimlənəcək. Bu dəyişiklik bələdiyyələrin maliyyə dayanıqlığının artırılması məqsədilə onların qrant ala bilməsinə imkan verir.

İştirakçıların fəaliyyətlərində və əhali ilə münasibətlərində narahatlıq doğuran məsələlər aşağıdakılar oldu:

Bələdiyyələrin gəlir mənbəyinin yalnız vergilərdən ibarət olması; Sahibkarlarla əməkdaşlıq imkanlarının məhdudluğu; Dövlət tərəfindən bələdiyyələrin nüfuzunun artırılmasına şərait yaradılmasının zəruriliyi.

Təklif olaraq bildirildi: Bələdiyyələrə kredit ayrılması faydalı olardı. İştirakçılara “Sosial xidmət haqqında” Qanun və onun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən edən Fərman haqqında məlumat verildi. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qeydiyyat və müraciət formaları haqqında da iştirakçılara ətraflı məlumat təqdim olundu.

Eyni zamanda, layihə təkliflərinin və hesabatların hazırlanması ilə bağlı təlim keçirildi. Tədbirin sonunda iştirakçılar kiçik qruplara bölündü və hər qrupa istədikləri bir ideyanı layihələşdirmək tapşırıldı. Qrup üzvləri birgə işlədilər və hər qrupdan bir nəfər ideyanı təqdim etdi. İştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olundu.

Sonda iştirakçılara ev tapşırığı verildi: İstədikləri bir ideyanı layihə şəklində (layihə təklifi və büdcə) hazırlayaraq layihənin 2-ci mərhələsində təqdim etmələri istənildi.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Avqust 2025 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri