Cəlilabadda fəaliyyət göstərən marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Cavadxan küçəsində fəaliyyət göstərən fiziki şəxs Kərimov Pərviz Saleh oğluna məxsus marketdə aparılan yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, marketdə mal qonşuluğu prinsipinin pozulduğu, un məmulatlarının açıq şəkildə satışının həyata keçirildiyi müəyyən olunub. Eyni zamanda, yararlılıq müddəti bitmiş alkoqolsuz içki, kolbasa və digər qida məhsulları aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 May 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















