“Əsas prioritetimiz yalnız təhdidlərə qarşı silahlanmaq deyil” HƏRBİ ESKPERT
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Bu il keçirilən Qələbə paradında biz bir sıra mühüm məqamların şahidi olduq. İlk növbədə, parada qədər olan dövrdə əsas təlim prosesi uğurla davam etdirildi. Azərbaycan bir çox ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi təlimlərdə, o cümlədən NATO üzvü olan ölkələr, Birləşmiş Ərəb Əmirlikləri və hətta Mərakeşlə birgə təlimlərdə iştirak etdi.
Eyni zamanda hərbçilərimizin xarici ölkələrdə kurslara, təlimlərə və tədris proseslərinə cəlb olunması, sertifikatlar alması diqqət çəkdi. Qoşun növlərinin yeni yaradılan bölmələri ilk dəfə olaraq məhz bu paradda nümayiş etdirildi. Xüsusi təyinatlı qüvvələr də daxil olmaqla, bir çox silahlı qüvvə növlərinin yeni geyim formaları və yeni silahlarla paraddan keçdiyini gördük”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında hərbi eskpert Ədalət Verdiyev deyib:
“Paradda Azərbaycanın həm yerli istehsalı olan, həm də yeni əldə etdiyi silah nümunələri təqdim olundu. Xəzər dənizində yarana biləcək potensial təhdidlər nəzərə alınaraq, yerli istehsal olan “Kayra” dəniz dronu nümayiş etdirildi. Bundan başqa, quru və dəniz hədəflərinə qarşı istifadə olunan, təxminən 300 kilometr atəş məsafəsinə malik “Icebreaker” qanadlı raketinin əldə edildiyi məlum oldu.
Azərbaycan həmçinin hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə HQ-9 zenit-raket kompleksinin B-E versiyasını əldə edib. Bu sistem Çin, Pakistan və Misirdən sonra Azərbaycanın istifadə etdiyi növbəti müasir HHM vasitəsidir və ölkəmizi bu kompleksin xarici dördüncü, ümumilikdə isə beşinci istifadəçisinə çevirir. Kompleks 30 kilometr yüksəklikdə, müasir qırıcı və ballistik raketlərə qarşı effektiv nəticələr vermək imkanına malikdir və bəzi göstəricilərinə görə S-400 sisteminə bərabər, hətta üstün hesab olunur.
Ümumilikdə müşahidə olunan tendensiya onu göstərir ki, müharibəyə qədər əsasən Rusiya, Ukrayna və Belarus silahlarına üstünlük verildiyi halda, hazırda silahlanmada Türkiyə, Çin, Pakistan və İsrail əsas tərəfdaşlara çevrilib. Eyni zamanda Serbiya və Slovakiya da bu sahədə əməkdaşlığa fəal şəkildə qoşulur.
Paradda Türkiyənin iki, Pakistanın isə bir parad heyətinin iştirakı, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarının Bakı üzərində uçuşları Azərbaycanın Zəfər paradlarının miqyasının getdikcə genişləndiyini göstərdi. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və digər ölkələrin müdafiə nazirlərinin tədbirdə iştirakı beynəlxalq marağın artdığını sübut edir”.
Ədalət Verdiyev əlavə edib ki, hazırda Azərbaycan 40-dan çox ölkə ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlıq edir:
“Türkiyə ilə Şuşa Bəyannaməsini tamamlayan müdafiə sahəsində hərbi əməkdaşlığa dair memorandumun imzalanması da bu prosesin mühüm tərkib hissəsidir və sənəd Cənab Prezident tərəfindən təsdiqlənib.
Bütün bu silahlanma, təlimlər, paradlar, imzalanan sənədlər və genişlənən müttəfiqlik münasibətlərinin əsas məqsədi Azərbaycanın təhlükəsizliyini təmin etməkdir. Məqsəd təkcə mövcud təhdidlərə qarşı silahlanmaq deyil, həm də dostlar və müttəfiqlərlə birlikdə ortaya qoyulan hərbi-siyasi potensial vasitəsilə mümkün düşmən qüvvələri Azərbaycana qarşı fəaliyyətlərdən çəkindirməkdir”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 26 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















