Icma.az
close
up
RU
Cəlilabadda Neolit dövrünə aid nadir ov alətləri tapılıb FOTO

Cəlilabadda Neolit dövrünə aid nadir ov alətləri tapılıb FOTO

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Cəlilabad rayonu ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində aparılan növbəti arxeoloji qazıntılar zamanı bir sıra əhəmiyyətli tapıntılar üzə çıxarılıb.

Bakupost.az AZƏRTAC-a istinadən xəbər verir ki, arxeoloji ekspedisiya zamanı əldə edilən tapıntılar ərazinin qədim dövrlərdə həm yaşayış məskəni, həm də təsərrüfat və dini mərkəz kimi fəaliyyət göstərdiyini sübut edir.

Qazıntılar zamanı aşkarlanan artefaktlar arasında gildən hazırlanmış və yumurta formasında olan 150-160 ədəd sapand daşı da var. Mütəxəssislərin fikrincə, bu daşlar Neolit dövründə ov və müdafiə məqsədilə istifadə olunub və Azərbaycan arxeologiyası üçün nadir tapıntılardır.

Arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudova bildirib ki, Paşatəpədə aşkarlanan sapand daşlarının bir neçəsi hələ də öz ilkin yerləşdiyi yerdə qalıb. Onun sözlərinə görə, bu daşlar həmin dövrdə insanların fəaliyyətinin izlərini araşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir: “Daşların əksəriyyəti səliqə ilə hazırlanmış və oxşar ölçülərdədir. Bu da göstərir ki, qədim insanlar bu alətləri məqsədli şəkildə istehsal ediblər. Bundan başqa, qazıntılar zamanı 5 ədəd təsərrüfat quyusu və erkən əkinçi tayfalara məxsus bir kult məkanı da aşkar olunub. Həmin kult yerinin bədii zövqlə və simvolik elementlərlə qurulduğu aydın görünür”, – deyə arxeoloq qeyd edib.

Bundan əlavə, tədqiqatlar nəticəsində qədim silah anbarı, saxsı məmulatların qurudulması üçün istifadə olunmuş tumba, eləcə də müxtəlif ölçü və formalarda divar qalıqları aşkarlanıb. Tapılan artefaktlar arasında bəzi qiymətli əşyaların funksiyası hələlik müəyyən edilməyib və hazırda onlar üzərində elmi ekspertizalar aparılır.

Paşatəpədə aparılan bu arxeoloji qazıntılar Azərbaycanın qədim tarixinin öyrənilməsində mühüm mərhələ hesab olunur. Aşkarlanan materiallar Neolit dövrünün sosial-mədəni həyat tərzini, istehsalat vərdişlərini və inanclar sistemini daha dərindən anlamağa imkan verir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri