Cəlilabadda qədim yaşayış məskənində ocaq qurğuları TAPILDI FOTO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Cəlilabad rayon ərazisində tapılan Xudəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar olunub.
Bizim.Media xəbər verir ki, diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirmək məqsədilə istifadə edildiyi ehtimal olunur.
“Muğan Tunc-İlk Dəmir dövrü arxeoloji ekspedisiyası”nın rəhbəri, dosent Anar Ağalarzadənin sözlərinə görə, uzun müddət oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi formalaşıb.
Tapıntıların Son Tunc – İlk Dəmir dövrünə aid olduğu ehtimal edilir. Hazırda ərazidə qazıntı işləri davam etdirilir.
Araşdırmalar zamanı yaşayış məskəninin tarixi və burada yaşayan insanların məişəti barədə yeni məlumatlar əldə etməyə imkan verəcək digər arxeoloji nümunələrin də tapılacağı gözlənilir.
Sabutay, Bizim.Media, Cənub bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 20 Sentyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















