Cəlilabadda yük avtomobili və ot bağlamaları yanıb
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Cəlilabad rayonunun Sərhədabad kəndində yanğın hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hərəkətdə olan "QAZ 53" markalı yük avtomobili qəfildən alovlanıb. Alov qısa müddətdə avtomobilin yük yerində daşınan ot bağlamalarına keçib. Əraziyə dərhal Cəlilabad Rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın nəzarət altına alınsa da, avtomobil və ot bağlamaları tamamilə yanaraq yararsız hala düşüb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Cəlilabadda ot bağlaması daşıyan yük avtomobili yanıb VİDEO
15 İyun 2025 13:47
Cəlilabadda yük avtomobili yanıb: sürücü xəsarət alıb
15 İyun 2025 14:54
Cəlilabadda yük avtomobili aşıb, ölən və yaralılar var
01 Avqust 2025 09:02
Cəlilabadda yük avtomobili yerüstü keçidə ÇIRPILDI FOTO
17 Noyabr 2024 20:29

