Icma.az
close
up
RU
Cəlilabadlı müəllim cütlüyü sertifikasiyada uğur QAZANDI

Cəlilabadlı müəllim cütlüyü sertifikasiyada uğur QAZANDI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəran-Astara regionunda keçirilən sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən müəllimlər arasında Cəlilabad rayonunun müəllim ailəsi – Şükürlü kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nahidə Qubadova və Cəlilabad şəhər Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına 2 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Nicat Qubadov da yer alırlar. Nahidə müəllim sertifikatlaşdırma imtahanında 54, Nicat müəllim isə 53 bal toplayıb.

Redaktor.az xəbər vcerir ki, hər iki müəllim qazandıqları uğurun sevincini “Azərbaycan müəllimi” ilə bölüşərək peşə fəaliyyətləri, sertifikatlaşdırma təcrübələri və ailədaxili dəstəyin uğurlarındakı rolu barədə danışıb.

Nahidə Qubadova bildirib ki, müəllimlik fəaliyyətində hər bir şagirdə fərdi yanaşmağa, onların yaş və psixoloji xüsusiyyətlərini nəzərə almağa, eyni zamanda davamlı özünüinkişaf və peşəkarlığa xüsusi önəm verir. Sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etməsini böyük sevinc hissi ilə qarşıladığını deyən müəllim qeyd edib ki, bu duyğuları bütün həmkarlarının yaşamasını arzulayır.
İbtidai məktəbi təhsilin təməli olduğunu vurğulayan Nahidə müəllim hesab edir ki, şagirdin gələcək uğurları məhz bu mərhələdə qoyulan möhkəm bünövrədən asılıdır. Onun sözlərinə görə, ailədə qarşılıqlı hörmət, anlayış və əmək bölgüsü sayəsində həm ailə həyatını, həm də peşə fəaliyyətini tarazlaşdırmaq mümkün olub.
Gənc müəllimlərə müraciət edən Nahidə Qubadova sertifikatlaşdırmanı yalnız imtahan kimi deyil, peşəkar inkişaf üçün bir fürsət kimi dəyərləndirməyi tövsiyə edib.
Səkkiz illik pedaqoji fəaliyyətə malik olan fiziki tərbiyə müəllimi Nicat Qubadov isə müəllimlik yoluna idmana olan sevgisinin gətirdiyini bildirib. Onun sözlərinə görə, idman yalnız fiziki hazırlıq deyil, həm də iradə, intizam və komanda ruhu formalaşdıran mühüm vasitədir.

Sertifikatlaşdırma imtahanında əldə etdiyi yüksək nəticəni uzun illərin təcrübəsi və davamlı özünüinkişafın nəticəsi kimi qiymətləndirən Nicat müəllim hazırlıq prosesində təcrübəli həmkarlarının dəstəyindən faydalandığını, kurikulum yeniliklərini, fənn üzrə metodiki və nəzəri məsələləri dərindən öyrəndiyini bildirib.
Fiziki tərbiyə fənninin şagirdlərin inkişafındakı rolundan danışan müəllim qeyd edib ki, bu fənn uşaqlarda sağlam həyat tərzi formalaşdırmaqla yanaşı, məqsədyönlülük, komanda işi, məsuliyyət, özünəinam və iradə kimi keyfiyyətlərin inkişafına da xidmət edir. “İdman meydançası həm də bir həyat məktəbidir”, – deyə o vurğulayıb.
Müəllim cütlüyünün fikrincə, eyni peşəni bölüşmələri onların uğurunda mühüm rol oynayıb. Sertifikatlaşdırmaya hazırlıq zamanı birlikdə plan qurduqlarını, pedaqoji məsələləri müzakirə etdiklərini və bir-birlərinə dəstək olduqlarını bildirən həmsöhbətlərimiz qeyd ediblər ki, fərqli ixtisaslarda çalışmaları da onların baxış bucağını genişləndirib.
Qubadovlar ailəsi əldə etdikləri nəticəni yalnız şəxsi uğur kimi deyil, ailələrinin də uğuru kimi qiymətləndirir. Onların sözlərinə görə, bu nailiyyət övladlarına zəhmət  və əzmkarlığın uğura aparan əsas yol olduğunu göstərən ən gözəl nümunələrdən biridir.
Müəllimlər hesab edirlər ki, yüksək nəticə əldə etmək davamlı öyrənməyin, məqsədyönlü fəaliyyətin və peşəyə sevginin bəhrəsidir. Onlar bundan sonra da qazandıqları bilik və təcrübəni şagirdlərinin daha keyfiyyətli təhsil alması naminə tətbiq etməyə çalışacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyun 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri