“Çelsi”nin keçmiş baş məşqçisi İsveç millisində
Icma.az, Lent az portalına istinadən məlumat verir.
“Çelsi”, “Brayton” və “Vest Hem”in keçmiş baş məşqçisi Qrem Potter İsveç milli komandasının baş məşqçisi təyin edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İsveç Futbol Assosiasiyasının rəsmi saytı xəbər verir.
İngilis çalışdırıcı dünya çempionatının seçmə mərhələsində nəticə əldə etmədiyi üçün istefaya göndərilən danimarkalı baş məşqçi Yon-Dalya Tomassonu əvəzləyib. İsveç hazırda B qrupunda dörd oyundan bir xalla sonuncudur.
Qrem Potterin müqaviləsi 2026-cı ilin martında mümkün pley-off oyunları da daxil olmaqla, seçmə turnirin sonuna qədər davam edir.

“Çelsi”nin keçmiş baş məşqçisi İsveç millisinə başçılıq etməyə hazır olduğunu bildirib
15 Oktyabr 2025 05:07
“Çelsi”nin sabiq baş məşqçisi İsveç yığması ilə razılığa gəlib
19 Oktyabr 2025 12:10
“Çelsi”nin İsveç, “Fiorentina”nın İspaniya səfəri VİDEO
01 May 2025 13:07
Konfrans Liqası: “Forentina”nın İspaniya, Çelsi nin İsveç səfəri
01 May 2025 13:36
Çelsi nin futbolçusu Argentina millisində zədələndi
11 Oktyabr 2025 21:04

