İşini süni intellektə öyrətdi, özü işsiz qaldı: İndi də robotdan iş istəyir!
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial şəbəkələrdə gənc qadının paylaşımı geniş müzakirələrə səbəb olub.
Şərq TV xəbər verir ki, qadın təxminən bir ay ərzində iş prosesini süni intellekt sisteminə öyrədib. Lakin bir müddət sonra həmin sistem onun vəzifələrini tamamilə əvəz edib və nəticədə qadın işdən çıxarılıb.
İşsiz qaldıqdan sonra yeni iş axtarmağa başlayan gənc qadın bu dəfə də süni intellektlə qarşılaşıb.
Yaşadıqlarını sosial şəbəkədə bölüşən qadın bunları deyib:
“İşimi süni intellekt alacaqmış. İşin qəribə tərəfi odur ki, süni intellekti mən öyrətmişəm. İş müsahibəmi də süni intellekt apardı. Robotla danışdım, robotla görüşdüm. İşimi əlimdən alan da robotdur, iş verəcək olan da bəlkə robotdur”.
Bu paylaşım əmək bazarında süni intellektin rolunun sürətlə artması, işə qəbul proseslərinin avtomatlaşdırılması və insan əməyinin texnologiyalarla əvəzlənməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 23 Noyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















