Icma.az
close
up
RU
Çəmbərəkdən olan 221 gənc tələbə adını qazanıb Qərbi Azərbaycan İcmasında görüş

Çəmbərəkdən olan 221 gənc tələbə adını qazanıb Qərbi Azərbaycan İcmasında görüş

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Qərbi Azərbaycan İcmasının inzibati binasında Çəmbərək rayonundan olan bir qrup gənclə görüş keçirilib. Görüşdə yerli ali təhsil müəssisələrinə 600-dən yüksək balla, eləcə də xarici ölkələrin universitetlərinə təqaüdlə və ya yüksək göstəricilərlə qəbul olunmuş tələbələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, görüş Ümummilli Lideri Heydər Əliyev, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə Azərbaycan gənclərinin inkişafı və ölkənin ictimai həyatındakı rolundan bəhs edən videoçarx nümayiş olunub. Həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı çıxışlarından hissələr təqdim edilib.

Çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tələbə adını qazanan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, getdikcə dünyada nüfuz qazanan və regionda söz sahibinə çevrilən Azərbaycanın dayanıqlı inkişafında, siyasi və mədəni həyatında cəmiyyətin aparıcı qüvvəsi olan gənclik mühüm rol oynayır. Azərbaycan gəncləri dövlət quruculuğunda, ictimai-siyasi həyatda, ordu quruculuğunda, elm və təhsil sahələrində fəal iştirak edərək uğurlar qazanırlar.

İcma sədri Qərbi azərbaycanlı gənclərin yüksək səviyyədə təhsil almasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, soydaşlarımızın öz doğma yurdlarına ləyaqətli şəkildə, sülh yolu ilə qayıtması ideyasının yaşadılmasında və bu istiqamətdə görülən işlərin davam etdirilməsində məhz gənclər əsas missiyanı daşıyacaqlar.

Çəmbərək Rayon İcmasının sədri, professor Əvəz Ələkbərov gənclərə təbrikini çatdıraraq təhsil həyatı ilə bağlı tövsiyələrini bölüşüb. Bildirib ki, ölkəmizin parlaq gələcəyi və müstəqilliyimizin daha da möhkəmlənməsi savadlı, geniş dünyagörüşünə malik, vətənpərvər gənclərlə təmin olunacaq. Çəmbərək Rayon İcması üzrə gənclərin imtahanlarda yüksək nəticələr göstərdiyini məmnunluqla diqqətə çatdıran icma sədri gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib.

Çəmbərək Rayon İcması sədrinin birinci müavini Aynurə Məhəmmədova bu il ali təhsil müəssisələrinə qəbul olan gənclərlə bağlı statistik göstəriciləri diqqətə çatdırıb. Məlumat verilib ki, 2026-cı ildə tələbə adını qazanmış 221 gəncdən 21-i 600-dən çox balla yerli ali məktəblərə daxil olub. 11 nəfər isə Avropanın (Böyük Britaniya və Almaniya), Şərqi Asiyanın (Çin), eləcə də Türkiyənin nüfuzlu universitetlərinə təqaüdlə və yüksək göstəricilərlə qəbul olunub. Çəmbərək Rayon İcması üzrə ən yüksək nəticəni Toxluca kəndindən Həsənli Zəfər İlqar oğlu göstərib. O, 697,5 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub.

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, deputat Arzuxan Əlizadə gəncləri təbrik edərək, müasir dünyada ən böyük gücün elm və intellekt olduğunu vurğulayıb. O, gənclərə seçdikləri peşənin sirlərinə mükəmməl yiyələnməyi, daim öyrənməyi, dövlətimizə və millətimizə layiqli mütəxəssislər kimi yetişməyi tövsiyə edib. Bildirib ki, Azərbaycan gəncləri Vətən müharibəsində olduğu kimi, gələcəkdə qarşıda duran milli məsələlərin, o cümlədən Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətindəki fəaliyyətlərdə mühüm rol oynayacaqlar.

Görüşdə Çəmbərək Rayon İcması sədrinin müavini, Gölkənd kənd icmasının sədri Tanrıverdi Mustafayev, Qaraqaya kənd icmasının sədri Rüxsarə Həsənova, İcmanın Beynəlxalq əlaqələr və Ziyalılar üzrə məsul şəxsi Həqiqət Hacıyeva və "İncəsənətin tərəqqisinə dəstək" İB-in rəhbəri Turanə Orucova çıxış edərək, gənclərə xoş arzularını çatdırıblar.

Valideynlər adından çıxış edən Akif Musayev və Validə Ağamalıyeva gənclərə göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Sonra ən yüksək nəticə göstərən gənclərdən Zəfər Həsənli (697,5 bal) və Nilufər Məmmədova (660 bal) çıxış edərək uğur sirlərindən, gələcək hədəflərindən bəhs edib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Sonda tələbə adını qazanmış gənclərə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub. Tədbir gənc ifaçıların milli musiqi nömrələri ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2026 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri