Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb Aqşin Yenisey

Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb Aqşin Yenisey

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Mədəniyyət irəli gedə bildiyi kimi, geriyə də qayıda bilir. Vil Dürant yazır ki, opera binaları, universitetlər, teatrlar, konservatoriyalar arxalarındakı sallaqxananı gizləyən pərdədir.

Mədəniləşmədən fərqli olaraq, mədəniyyətsizləşmə çox sürətlə baş verir. Meymun milyon il ərzində insana çevrilə bilər, amma insanın meymuna çevrilməsi üçün saatlar da yox, dəqiqələr lazımdır.

İngilis alimi Arnold Toyinbi deyirdi ki, mədəniyyəti şəxsiyyətlər yaradır, həm də xalqın iştirakı və xəbəri olmadan.
Sokratı səs çoxluğu ilə ölümə göndərənin, Pifaqoru tələbələri ilə birlikdə öz məktəbində diri-diri yandıranın, Platonu gənclərə öyrətdiyi üçün İsgəndəriyyəli Hipatiyanı küçədə daş-qalaq edənin, Seyid Əzimi məscid həyətində tapdalayıb öldürənin, keçən əsrin ortalarında ABŞ-da “Makkartizm inkivizisiyası”nı həyata keçirənlərin bir adı var: XALQ!

Biz bu gün ona ideoloji terminologiyaya uyğun olaraq kütlə deyirik.

Danabaşlaşma mədəni dəyərlər xalqın öhdəsinə buraxıldıqda, xalq şəxsiyyətləri sıradan çıxarıb onun missiyasını öz üzərinə götürdükdə baş verir.
Heydər Camal mifləşdirilmiş, eyni zamanda siyasiləşdirilmiş “xalq” anlayışını nasional-sosialistlərin yaratdığını söyləyir. Xalq marksistlərin proletariat dediyi şeydir.

Yenə də Heydər Camal xalqın, yaxud proletariatın hökmranlığını qiyamət əlaməti sayır.

Siyasətçiləri və folklorşünasları çıxmaqla ağlı başında olan adamların heç biri xalq haqqında müsbət fikirdə olmayıblar.

Qasset ideoloji dillə kütlə insanı dedikdə xalqın təmsilçisini nəzərdə tuturdu və onu "sivilizasiya tarixinin səhnəsində avaralanan ibtidai insan” adlandırırdı. Le Bonn onun ibtidailiyini fərdi deyil, kollektiv ruh daşıyıcısı olmasına bağlayırdı.

Alman filosofu Vilhelm Humboldt hələ XIX əsrin əvvəllərində yazırdı ki, bir cəmiyyətdə insanların sağlam mənəviyyata yiyələnməsi üçün “mühit rəngarəngliyi” vacib şərtdir. Doğrudan da, ətrafımızda xalqı təmsil edən adamların davranışlarına Humboldtın gözləri ilə baxsaq, onun əsl anasının monoton mühit, birxətli düşüncə olduğunu görəcəyik. İş başında olan xalq bir mafiyadır. O, çoxlu əlləri, çoxlu ağızları, çoxlu ayaqları, amma bir beyni olan bir nəfərdir!

Xalq cəm halda canlıdır. Təklənməş halı onun ölü vəziyyətidir. Xalqın verdiyi qərarlar kollektiv təhtəlşüurdan ötürüldüyü üçün həmişə kortəbiidir.
2500 ildir onu Sokratın ölümünə görə söyürlər, Pifaqorun diri-diri yandırılımasına görə lənətləyirlər, 1600 ildir ki, İsgəndəriyyəli qadın filosof Hipatiyanı saçından sürüyərək küçədə daş-qalaq edib öldürdüyü üçün onun üzünə tüpürürlər, o, yeddi əsrdir “cadugər” deyib cumduğu Janna Darkın başından dişləri ilə qopardığı kirli saçları ağzından təmizləyə bilmir, iki yüz ildir ki, hər gecə Seyyid Əzim onun yuxusuna girib üzünə itin sözünü deyir.

Amma bu, onun vecinə də deyil, çünki o, həyatı və dünyanı başqa cür görə və dərk edə bilmir. Mədəniyyət elə xalqın bu kortəbii xislətini cilovlamaq üçündür.

Bu günə qədər xalq tərəfindən təhqir olunmuş, öldürülmüş elə bir şəxsiyyət olmayıb ki, tarix ona heykəl qoymasın. Çünki xalqla tarixin dəyərləndirmə meyarı bir-birinə ziddir. Xalq həmişə yalnız “indiki zamanı” təmsil edir. Ona verilən rol bütün zamanlarda epizodikdir: İndi və Burada! Vəssalam!

Tarix qarşısında “heçkim” olduğunu başa düşmək xalq təmsilçisində şəxsiyyət anlayışına qarşı nifrət və qəzəb yaradır. Onun şəxsiyyəti görən gözü yoxdur! O, tarixə ancaq söyüş, caynaq, tüpürcək kimi lazım olduğunun fərqindədir. Onun şəxsiyyəti tarixi bir dəyərə atdığı daşdan ibarətdir. Varlığı tüpürcəklə eyniləşdirilimiş insan hansı mədəni, mənəvi duyğularla yaşaya bilər ki?

Bir cəmiyyətdə bu cür insanların sayının çox olmasıdır danabaşlaşma!

Xalqda bilginin yeri boşdur, hansı bilgini istəsəniz ona yeridə bilərsən. Xalqda əqidənin yeri boşdur, hansı əqidəni istəsəniz ona sırıya bilərsiniz. Ən dəhşətlisi, xalqda inancın yeri boşdur, hansı allahı istəsəniz xalqı ona inandıra bilərsiniz!

Son zamanlar bizim cəmiyyətdə də danabaşlaşma halları çoxalmağa və güc toplamağa başlayıb. Yazı adamlarına, sənət və elm adamlarına kütləvi hücumlar ölkədə mədəniyyətsizləşmənin vüsət aldığından xəbər verir.

Onu yazma, bunu demə, belə danışma! Cəzalandırarıq! Əgər lap tutaq ki, yol verilmiş səhvə görə xalq cəzalandıracaqsa, onda dövlət nə üçün var?

“Dəmir yumruq” düşmən üzərində yüz ildə bir dəfə kara gələ bilər, xalq isə hər gün o yumruğu başının üstündə hiss etməli, hətta görməlidir!
Danabaşlaşmamaq üçün...

Məşhur caz ifaçısı Türkiyədə Bir yerdə qəbrim var, on yerdə sağam - Qorxmaz Şıxalıoğlu "Təcnis" havasında incə gülləri - Bəsti Əlibəyli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri