Icma.az
close
up
RU
Cəmiyyətə ötürülən xəbərin düz və yaxud yalan olduğunu necə müəyyən etmək olar? KONKRET

Cəmiyyətə ötürülən xəbərin düz və yaxud yalan olduğunu necə müəyyən etmək olar? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir həyatımızı  mətbuatsız təssəvvür etmək çətindir. Hər gün müraciət olunan  sahəni anlamaq, duymaq, təqdim edilən materialları analiz etmək üçün medianın ruhunu tutmaq yetərlidir. Bunun üçün hər bir jurnalistdən peşəkar yanaşma tələb olunur. Jurnalist hazırladığı materalı oxucuya çatdırmazdan əvvəl onun həqiqiliyinə tam əmin olmalıdır. Bunun üçün müraciət edilən mənbə böyük önəm daşıyır. Dezinformasiyaların yayıldığı bir vaxtda xəbərin doğruluğu yoxlanılmalıdır.

Məsələ təkcə bununla bitmir. Hər bir yazı müəllifi qələmə aldığı materiala tənqidi yanaşanda ortaya qoyulan məhsulun keyfiyyəti də fərqli olur. İfadə olunan hər bir sözün mənası tam anlaşılmalı, fikir dügün çatdırılmalıdır. Fikirin düzgün ifadə forması çox önəmlidir. Hər hansı hadisənin yüksək peşəkarlıqla təqdim edilməsi və ona yanaşma tərzi jurnalistin peşə hazırlığından irəli gəlir. Təqdim olunan hər hansı məsələnin səthi təqdim olunması xəbərin yarımçıqlığı deməkdir. Yəni çatdırılan informasiyanın fərqinə varmadan, onun ictimai yükünü nəzərə almadan hazırlanması qüsurludur və oxucu dərhal aldığı informasiyanın qeyri-peşəkar təqdim olunmasını anlayır. Ona görə də media savadlılığı anlayışının əsasını təşkil edən ən önəmli faktorlardan biri də xəbəri anlamaqdır. Hər hansı təsadüfi mənbədə qarşılaşdığımız hadisə araşdırılmalı və bundan sonra oxucuya çatdırılmalıdır. Bunun üçün hər bir yazıya tənqidi yanaşma prinsipiylə yanaşılmalıdır.

Jurnalistikanın prinsiplərini dərk etmək, ona lazımi qaydada əməl etmək də yüksək peşəkarlıq tələb edir. Bunun üçün müasir media məkanında baş verən bütün hadisələr izlənilməli, hərtərəfli təhlili aparılmalıdır. İnformasiya bolluğunda nəyin düz, nəyin yalan olması dərhal araşdırmalı və birinci mənbədən əldə edilən informasiyaya etibar olunmalıdır. Əksər hallarda sosial medianın qatıb-qarışdırdığı  informasiyaların düzgünlüyü şübhə doğurur. Bu məqamda yenə jurnalistin köməkçisi onun peşə hazırlığıdır. Diqqətli olmalı və dezinformasiyaların cəmiyyətə ötürülməsinin qarşısı alınmalıdır. Bu amil təkcə xəbəri istehsal edən media nümayəndələrinə şamil edilməməlidir.

Eyni zamanda informasiyanı qəbul edən vətəndaş da nəyin düz, nəyin feyk xəbər olduğunu anlamalıdır. İnformasiya müharibəsinin tüğyan etdiyi bir zamanda düşmən tərəfin dövriyyəyə buraxdığı dezinformasiyalar da oxucunun diqqətindən yayınmamalıdır. Amma peşəkar Azərbaycan mediası düşmənin qəsdən yaydığı yalan informasiyaları təhlil edir və qarşı tərəfin hiyləgər siyasəti ifşa olunur. Hər gün rastımıza çıxan bu cür informasiyaları anlamaq da peşə hazırlığıyla bağlıdır. Deməli, cəmiyyətə düzgün və maarifləndirici informasiyalar vaxtında və səmərəli şəkildə çatdırılmalıdır. Bu həm də dövlətin informasiya siyasətinin bir hissəsidir. Bəzən ictimai rəyi çaşdırmağa yönələn informasiyaların bir-birinin ardınca mətbuata sızmasına cəhd edilir. Həmin xəbərlərin mənbəyi isə təbii ki, sosial mediadır. Burada da köməyə çatan  media savadlılığı olmalıdır. Reallığı əks etdirməyən məlumatların tüğyan etdiyi vaxtlarda ön planda sosial media dayanır. Böyük bir kütlənin tribunasına çevrilən sosial media bəzən cəmiyyət üçün təhlükəli məsələlərin müzakirəsini aparır. Artıq günümüzün reallığı kimi qəbul etdiyimiz bu məsələdə də media savadlılığı önəmli rol oynayır. İnformasiya savadlılığı informasiya resurslarından səmərəli istifadə ilə bağlı praktiki bacarıqları əhatə edir və bir çox hallarda media və informasiya savadlılığı anlayışları birgə istifadə olunur.

Vəli Həsənoğlu,

KONKRET.az

https://medialiteracy.media.gov.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Dekabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see250

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see243

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see238

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see194

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see181

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see173

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see152

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see143

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see133

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see120

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see120

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri