Icma.az
close
up
RU
Cəmiyyətin qohum nikahlarına dair yanaşması hələ də birmənalı deyildir

Cəmiyyətin qohum nikahlarına dair yanaşması hələ də birmənalı deyildir

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkəmizdə qohum evlilikləri qadağan edən qanun artıq qüvvəyə minib. 2024-cü ilin iyun ayında qəbul edilməsinə baxmayaraq cəmiyyətin bu yeniliyə adaptasiya olması üçün onun tətbiqinə bir il sonra başlanıldı. Məsələ sosial-mədəni və dini aspektlərdən həssas olduğu üçün əhali arasında geniş rezonans yaratdı və fərqli yanaşmaları ortaya qoydu.
“Azərbaycan gənci indi bəs kiminlə evlənsin?”, “Bu qadağa vətəndaşın hüquqlarını məhdudlaşdırır!”, “Qohum evlilikdən heç də həmişə xəstə uşaqlar dünyaya gəlmir!”, “Qohum evliliklər qeyri-rəsmi ailə münasibətlərinin sayını artıracaq!”– kimi fikirlər səsləndirildi və əsasən də cəmiyyətdə müəyyən statusu olan və özünü ekspert hesab edən şəxslərdən.
Bildirmək lazımdır ki, qanunvericilikdə qohum nikahlara qadağanın tətbiqi cəmiyyətə qəfil təqdim edilməmişdir. Əksinə, bu istiqamətdə hüquqi dəyişikliklərə yol açan əsas səbəblərdən biri, məhz illər ərzində həyata keçirilən ardıcıl və sistemli maarifləndirmə tədbirlərinə baxmayaraq, arzu olunan nəticələrin tam şəkildə əldə olunmaması olmuşdur. Bu dəyişikliyin zərurilyi illərdir ki, ictimaiyyəti düşündürən və çox müzakirə olunan mövzulardan biri olmuşdur. Tibb mütəxəssilərinin çoxsaylı elmi araşdırmalara və vətəndaşlarımızın üzləşdiyi gerçəkliklərə istinadları, aparılan təhlillər, ölkədə sağlam genofondun qorunması, gələcək nəsillərin fiziki və psixoloji inkişafının təmin edilməsi baxımından bu qanunun qəbulunun vacibliyini, uzaqgörən bir addım olduğunu göstərdi.
İlk növbədə nəzərə alınmalıdır ki, qanun heç də bütün qohumluq əlaqələrinə şamil edilmir. Aydınlıq gətirmək üçün nəzərə çatdırırıq ki, AR Ailə Məcəlləsinə əsasən, yaxın qohumlardan əlavə, aşağıdakı qohumluq münasibətləri əsasında nikah bağlanması qadağan edilir:
- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu.
Tədqiqatlar göstərir ki, bu cür nikahlar nəticəsində dünyaya gələn uşaqlarda irsi və genetik xəstəliklərin, o cümlədən sağlamlıq imkanları məhdud olan fərdlərin sayında artım müşahidə olunur. Belə ki, hər iki valideyndə eyni genetik mutasiya daşıyıcısı olduqda, doğulan uşaqlarda həmin mutasiyanın klinik təzahür etmə ehtimalı artır. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir. Yəni, bu risk 2 dəfə artır.
O ki qaldı insanların seçim hüququnun pozulması ilə bağlı iddiaya, bu yanaşma hüquqi baxımdan doğru sayılmır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Konvensiyası ailə institutunun və uşaqların müdafiəsini prioritet hesab edərək, dövlətlərə gələcək nəsillərin rifahını təmin etməklə bağlı konkret öhdəliklər müəyyən edir. Bu kontekstdə, genetik risklər daşıyan qohum nikahlarının məhdudlaşdırılması dövlətin həm hüquqi, həm də etik baxımdan əsaslandırılmış müdaxiləsi kimi qiymətləndirilir. Qadağanın məqsədi fərdi seçim azadlığını məhdudlaşdırmaq deyil, əksinə, cəmiyyətin ümumi rifahını və gələcək nəsillərin sağlamlığını qorumaqdır.
Və ən nəhayət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində deyilir ki, “Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.” - Bu müddəadan isə açıq şəkildə görünür ki, cəmiyyətin ümumi mənafeyinin qorunması məqsədilə mülki hüquqlar qanun çərçivəsində məhdudlaşdırıla bilər. Qohum nikahlarının tibbi və sosial fəsadları nəzərə alındıqda, onların qadağan edilməsi həm ölkə qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına uyğun və legitim sayılır.
Yeni dəyişikliklərin qeyri-rəsmi ailə qurmaq cəhdlərinin artmasına səbəb ola biləcəyi barədə narahatçılıqlara cavab olaraq vurğulanmalıdır ki, belə evliliklər qanunvericilik baxımından hüquqi nəticələr doğurmur və dövlət qeydiyyatına alınmır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yalnız dövlət qeydiyyatından keçmiş nikah hüquqi qüvvəyə malikdir. Rəsmi qeydiyyata alınmamış nikahlar ailə hüququ subyektlərinin, yəni ər və arvadın hüquq və vəzifələrinin yaranmasına səbəb olmur. Bu vəziyyət vərəsəlik hüququ, aliment öhdəlikləri, birgə mülkiyyətin bölünməsi, vergi və sosial təminat sahəsində tərəflərin dövlət müdafiəsindən məhrum qalmasına gətirib çıxarır. Bundan başqa, belə evlilikdən doğulmuş uşaqların hüquqi statusunun müəyyən edilməsi, məsələn, atalığın tanınması və digər mülki hüquqlarının təmin olunması da çətinliklər yaradır. Buna görə də, qeyri-rəsmi nikahların yaratdığı hüquqi və sosial fəsadların nəzərə alınması vacibdir və hər bir fərd bu cür risklərdən çəkinməli, qanunvericiliyin tələblərinə əməl etməlidir.
Bütün bu sadalanan faktlara və görülən tədbirlərə baxmayaraq, mövcud vəziyyət göstərir ki, cəmiyyətin qohum nikahlarına dair yanaşması hələ də birmənalı deyil. Bir tərəfdən, əhalinin müəyyən hissəsi bu qadağanı alqışlayaraq, onu gələcək nəsillərin sağlamlığının qorunması baxımından mühüm və zəruri addım kimi qiymətləndirir. Digər tərəfdən isə, bəzi regionlarda qohum evlilikləri illərlə formalaşmış sosial-mədəni ənənələrin tərkib hissəsi kimi qəbul olunduğundan, qanunvericilikdə edilən bu dəyişikliyin tam şəkildə qəbul edilməsi və tətbiqi üçün zamana, ardıcıl maarifləndirməyə və ictimai şüurun dəyişməsinə ehtiyac vardır.
Taliyə İbrahimova
AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri  
 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri