Icma.az
close
up
RU
İrəvan hakimi Həsən xanın nəvəsi: Qərbi azərbaycanlılarla bağlı tarixi həqiqətlər beynəlxalq səviyyədə tanıdılmalıdır

İrəvan hakimi Həsən xanın nəvəsi: Qərbi azərbaycanlılarla bağlı tarixi həqiqətlər beynəlxalq səviyyədə tanıdılmalıdır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Qərbi Azərbaycandan didərgin salınmış insanların qarşılaşdığı tarixi ədalətsizliklərin, onların yaşadığı ağır faciələrin beynəlxalq müstəvidə diqqətə çatdırılması regionda sülhün və tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Qərbi Azərbaycan məsələsi təkcə humanitar yox, həm də tarixi-mədəni məsələ kimi daha geniş şəkildə dünya ictimaiyyətinə təqdim olunmalıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında tədqiqatçı və yazıçı, İrəvan hakimi Həsən xanın nəvəsi Turhan Turqut deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan xalqı XIX və XX əsrlərdə sistemli şəkildə öz doğma torpaqlarından didərgin salınıb və bu proses böyük insan faciələrinə səbəb olub: “Bizim ailə 1918-ci ildə baş verən soyqırımları və kütləvi zorakılıqlar zamanı İrəvanı tərk etməyə məcbur olub. Atam 18 yaşında olanda ailəsini Naxçıvana yerləşdirib Osmanlı ordusu sıralarında döyüşlərə qatılır və bir daha geri qayıda bilmir. Doğulduğun yerin, mədəniyyətin və köklərin bir anda geridə qalması izahı çətin olan bir itkidir”.

Turhan Turqut qeyd edib ki, Qərbi Azərbaycanda erməni varlığının tarixi həqiqətləri çox zaman təhrif olunaraq təqdim edilir. O diqqətə çatdırıb ki, ermənilərin bu bölgədə məskunlaşması 1827-1828-ci illərdə, xüsusilə Türkmənçay və Ədirnə müqavilələrindən sonra baş verib: “O dövrə qədər Qərbi Azərbaycanda yerli erməni əhalisi demək olar ki, yox idi. Mənim 1897-ci il Rusiya statistikasına istinadən araşdırmalarım göstərir ki, İrəvanda erməni əhalisi türk əhalisindən az idi. Sonrakı illərdə İran və Anadolu istiqamətindən bölgəyə kütləvi şəkildə ermənilər gətirilib yerləşdirilib. Bu torpaqlar əsrlər boyu türk yurdu olub”.

Tədqiqatçı bildirib ki, sovet dövründə bölgədə aparılan inzibati-siyasi dəyişikliklər nəticəsində Ermənistan adlı siyasi vahid formalaşdırılıb: “Bugünkü Ermənistan sonradan yaradılmış bir dövlətdir. Lakin məsələ ondadır ki, indi beynəlxalq hüquqa əsasən o bir dövlətdir və biz öz hüquqlarımızı hansı mexanizmlərlə bərpa edə biləcəyimizi düşünməliyik. Ermənilərin Qarabağda törətdiklərini hər kəs gördü - yandırılmış evlər, dağıdılmış şəhərlər, minalarla çirkləndirilmiş ərazilər. Bu, onların davranış tərzidir. Biz isə heç vaxt kiməsə milli kimliyinə görə münasibət göstərmirik, biz sülhsevər xalqıq”.

Yazıçı vurğulayıb ki, Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfranslar, müzakirələr və görüşlər tarixi həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması baxımından olduqca vacibdir: “Bu tədbirləri çox faydalı sayıram. Çünki həm bizim haqq səsimiz eşidilir, həm də geri dönüş hüququnun hansı mexanizmlərlə reallaşdırıla biləcəyi barədə ciddi müzakirələr aparılır”.

Turhan Turqut sonda qeyd edib ki, əsas hədəf Qərbi azərbaycanlıların tarixi torpaqlarına ləyaqətli və sülh əsasında qayıdışının təmin olunmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri