Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Çempion sonuncu yerdən qurtuldu!

Çempion sonuncu yerdən qurtuldu!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Argentina çempionatında 10-cu turun oyunlarından sonra qruplarda vəziyyət bir qədər dəyişdi.

"Football-plus.az" xəbər verir ki, A qrupunda ikihakimiyyətlilik pozuldu, B qrupunda isə iki komandanın liderliyi formalaşdı. Hesabat turunun diqqəti ən çox cəlb edən faktı isə artıq liqada məğlub olmayan komandanın qalmaması oldu.
Cari mövsümün əvvəlindən fiasko yaşayan Argentinanın son çempionu yalnız 9-cu turda qol və qələbə həsrətinə son qoya bilmişdi. Bu fakt isə “Veles Sarsfild”də baş məşqçi dəyişikliyindən sonra reallaşmışdı. Komandanı bu ildən çalışdıran Sebastyan Domingesin fəaliyyəti yalnız iki ay çəkdi və onun yerinə təyinat alan Marselo Bravonun baş məşqçi postundakı 3-cü debütü uğurlu alındı: “göy-ağlar” evdə “San Martin San Xuan”a Brayan Romeronun yeganə qolu ilə qalib gəldi. Nə qədər qəribə səslənsə də, ilk qol çempiona ilk qələbəni gətirdi! Amma bu qələbə “Veles”in B qrupunda sonuncu - 15-ci yerdəki mövqeyini dəyişməmişdi.
Deyəsən, paytaxt komandası ilk qələbədən cuşa gəlib. “Veles Sarsfild” səfərdə “Atletiko Tukuman”dan da maksimum xal aldı. Maraqlıdı ki, hesabı ev sahibləri açsalar da, yenə Romero xilaskar rolunda çıxış etdi. 33 yaşlı hücumçunun dublu komandasının ardıcıl ikinci qələbəsini təmin etdi. Və ən əsası, növbəti qələbə “Veles”i sonuncu yerdən qurtardı: Bravonun komandası B qrupunda 15-ci yerdən 12-yə yüksəldi.
A qrupda şərikli liderlik pozuldu. Ona görə ki, tura hərəyə 21 xalla liderlər kimi başlayan hər iki komanda məğlub oldu. “Tiqre” öz meydanında “Sentral Kordoba”ya 1:2, “Arxentinos Xuniors” isə “Aldosivi”yə 0:2 hesabı ilə uduzdu. “Arxentinos Xuniors”un bu mövsüm ilk dəfə xal qazana bilmədiyini, başqa sözlə, artıq çempionatda məğlub olmayan komanda qalmadığını xüsusi vurğulayaq.
Şərikli liderlərin uğursuzluğu “Boka Xuniors”un işinə yaradı. Mövsümə zəif başlayan ölkə nəhəngi artıq bir neçə həftədi yüksəlişdədi. Fernando Qaqonun komandası evdə “Defensa y Xustisiya” üzərində 4:0 hesablı qələbə ilə A qrupunda vahid liderliyi ələ aldı. “Boka”nın ardıcıl 6-cı qələbə ilə bu mövsüm 1-ci yerə ilk dəfə yüsəldiyini də qeyd edək. Bu qrupda hazırda 2-4-cü yerləri uyğun olaraq “Atletiko Urakan”, “Tiqre” və “Arxentinos Xuniors” bölüşür. Hər üç komandanın hesabında 21 xal var.
B qrupunda tura 20 xalla başlayan “İndependyente” mövqeyini qorudu. Doğrudu, ötən mövsümün bürünc mükafatçısı “Rasinq” ilə ev oyunu 1:1 hesabıyla nəticələndi. Avelyaneda derbisində itirilən iki xal “İndependyente”yə vahid liderliyi itirmək bahasına başa gəldi. Xulio Vakkarinin komandası indi qrupa “Rosario Sentral” ilə birgə başçılıq edir. “Ximnasiya”ya 2:1 hesabıyla qalib gələn rosariolular “İndependyente”dən yalnız daha az qol vurduqları üçün geri qalırlar.
Bu qrupda 3-cü yeri “River Pleyt” tutur. Ölkə nəhəngi səfərdə “Deportivo Riestra”dan bir xal ala bildi. Qolsuz heç-heçə Marselo Qalyardonun komandasını tura başladığı pillədə saxladı.
Son mövsümün digər mükafatçısı da uğursuzluq zolağından heç cür çıxa bilmir. “Talyeres de Kordoba” səfərdə “Sarmyento”dan yalnız bir xal ala bildi. Qolsuz “sülh” ötən mövsümün gümüş mükafatçısı olan Aleksander Medinanın komandasının qrupda keçirdiyi 9 oyuna 7 xal toplamaqla 13-cü yerdə qalmasına şərait yaratdı.
qrup mərhələsi, 10-cu tur
Atletiko Tukuman - Veles Sarsfild 1:2

L.Dias, 21 - B.Romero, 27; 68.
Sarmyento - Talyeres de Kordoba 0:0

Tiqre - Sentral Kordoba 1:2
Ovyedo, 72 - Veron, 80-p. Erediya, 90+1.
Arxentinos Xuniors - Aldosivi 0:2
Cani, 10. Leyva, 89.
Boka Xuniors - Defensa y Xustisiya 4:0
Kavani, 9. M.Ximenes, 32; 50. Merentyel, 81.
İndependyente - Rasinq 1:1
Anqulo, 78 – Martirena, 21.
Rosario Sentral - Ximnasiya 2:1
Malkorra, 33-p. S.Ferreyra, 54 – R.Kastilyo, 38.
Deportivo Riestra - River Pleyt 0:0
Qodoy Krus - San Lorenso 0:0
Estudiantes - Nyuellz Old Boyz 1:1
T.Palasios, 25 – L.Errera, 45+1.
Atletiko Urakan - İndependyente Rivadaviya 2:0
Oxeda, 69. E.Ramires, 88-p.
Belqrano - Barrakas Sentral 1:1
N.Fernandes, 31 - Tobio, 36.
Lanus - İnstituto 4:1
Karrera, 44. Seqoviya, 61. Moreno, 70. Kanelo, 90+2 – Luna, 18.
Union - Banfild 3:1
Esekyel Ham, 45+1. Estiqarribiya, 79. L.Dias, 90+4 – Adoryan, 49.
San Martin San Xuan - Platense 0:2
Taborda, 11; 31.
A qrupu
1. Boka Xuniors 10 7 2 1 16-5 23
2. Atletiko Urakan 10 6 3 1 13-4 21
3. Tiqre 10 7 0 3 15-7 21
4. Arxentinos Xuniors 10 6 3 1 11-6 21
5. Estudiantes 10 5 4 1 16-9 19
6. Sentral Kordoba 10 5 2 3 17-12 17
7. Defensa y Xustisiya 10 5 2 3 12-10 17
8. Barrakas Sentral 10 3 5 2 14-12 14
9. İndependyente Rivadaviya 10 3 4 3 10-11 13
10. Rasinq 9 3 1 5 14-12 10
11. Belqrano 10 2 4 4 8-17 10
12. Banfild 10 2 2 6 7-10 8
13. Union 9 2 2 5 6-10 8
14. Nyuellz Old Boyz 10 2 2 6 5-13 8
15. Aldosivi 10 1 2 7 8-20 5
B qrupu
1. İndependyente 10 6 3 1 16-8 21
2. Rosario Sentral 10 6 3 1 13-5 21
3. River Pleyt 10 5 4 1 8-3 19
4. San Lorenso 10 5 3 2 10-7 18
5. Deportivo Riestra 10 2 7 1 8-4 13
6. Lanus 10 3 4 3 9-7 13
7. Platense 10 3 4 3 8-7 13
8. Ximnasiya 10 3 2 5 7-11 11
9. Qodoy Krus (-3) 9 2 5 2 6-9 8
10. İnstituto 10 2 2 6 7-12 8
11. Sarmyento 10 1 5 4 7-15 8
12. Veles Sarsfild 10 2 2 6 3-14 8
13. Talyeres de Kordoba 9 1 4 4 5-8 7
14. Atletiko Tukuman 10 2 1 7 10-15 7
15. San Martin San Xuan 10 1 3 6 4-10 6
Bombardirlər: Vomberqar (San Lorenso) - 6, Avalos (İndependyente), N.Fernandes (Belqrano), Russo (Tiqre) - 5.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Mart 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see608

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see315

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see224

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see213

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see207

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri