Icma.az
close
up
RU
“Çempionat göstərdi ki, qılıncoynatmamızın gələcəyi var” Çingiz Mustafayevin ə AÇIQLAMASI

“Çempionat göstərdi ki, qılıncoynatmamızın gələcəyi var” Çingiz Mustafayevin ə AÇIQLAMASI

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Yekunlaşan gənclər arasında Azərbaycan çempionatı qılıncoynatma idmanı ilə bağlı bir çox suallar üzərində düşünməyə əsas verdi. Xüsusilə də yerli qılıncoynatmanın “arxa cəbhəsinin” nə dərəcədə güclü olması və gənc nəslin nümayəndələrindən kimlərin yaxın gələcəkdə yığmanın hazırkı liderlərini əvəz etməyə hazır olduğu məsələləri ön plana çıxdı.

Bəs gənclərdən konkret olaraq kim artıq bu gün böyüklər arasında da nəticə göstərməyə hazırdır?

Bu sualla İdman.Biz Azərbaycan yığmasının qılıncoynatma üzrə baş məşqçisi Çingiz Mustafayevə müraciət edib.

“Gənclər arasında keçirilən çempionatın nəticələrindən çox razıyam. Bu yarış əyani şəkildə göstərdi ki, qılıncoynatmamızın həm sablya, həm də şpaqa növlərində gələcəyi var. Qızlar arasında artıq bu gün çempion Xədicə Həsənli ilə yanaşı, şpaqaçı qadınlardan Nəzrin Mehdiyeva və Aynur Quliyeva da böyüklərdən ibarət komandada çıxış etməyə hazırdır. Sablyaçı qızlar arasında isə çempion Leyla Əhmədova ilə yanaşı, çox güclü Valentina Zeynalova var. Sadəcə bu çempionatda onun bəxti gətirmədi və mükafatçılar sırasına düşə bilmədi” – deyə Çingiz Mustafayev vurğulayıb.

Azərbaycan yığmasının baş məşqçisi əlavə edib ki, gənc oğlanlar arasında da kifayət qədər istedadlı idmançılar var:

“Belə ki, şpaqa növündə çempion və gümüş mükafatçı Mirxətai Məmmədov və Vahab Fətullayev artıq uzun müddətdir böyüklərdən ibarət komandada çıxış edir və bunu kifayət qədər uğurla edirlər. Sablya üzrə isə Rəsul Əliyev Rəsulu və Abbas Hüseynov istənilən vaxt böyüklər arasında keçirilən turnirlərdə layiqincə çıxış edə bilərlər”.

Vüqar Vüqarlı

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:20
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Dekabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see152

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri