Icma.az
close
up
RU
Çempionlar Liqası səviyyəsində çempionat oyunu

Çempionlar Liqası səviyyəsində çempionat oyunu

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bazar günü Misli premyer-liqasında uzun müddətdi görmədiyimiz ab-hava yaşandı. “Qarabağ” – “Sabah” oyununda hakimlikdən başqa hər şey olduqca yüksək səviyyədə idi. Əsl çempionluq oyunu idi. Bir qarşılaşma maksimum bu qədər gözəl keçə bilərdi.

Oyuna yarım saat qalmış metronun “Gənclik” stansiyasının ətrafında avrokuboklarda gördüyümüz ab-hava hiss olunurdu. Bazar günü saat 18.00-dan sonra oralarda tıxac yaşanmır, amma bu dəfə var idi.
PFL-in saytında yer alan protokoldan görünür ki, oyunu 10361 azarkeş izləyib. Yeri gəlmişkən, bunların 2952-si “Sabah” azarkeşi idi. Bununla da son 8 mövsümün azarkeş rekordu təkrarlandı. Sonuncu dəfə 2017-ci il noyabrın 5-də keçirilən “Kəpəz” - “Qarabağ” (0:2) oyununda bundan da çox – 13300 azarkeş olub.
Əslində stadionda azarkeş sayı 10361-dən çox idi. Hətta 2-ci hissədə də stadiona gələnlər var idi. Matç başlayandan sonra mühafizəçilər də biletsiz gələnləri buraxırdı. Ailəvi gələnlər də çox idi.
Meydandakı gərginlik məşqçilərə də təsir etdi. Matçın sonlarında başverənlər isə heç də yaxşı mənzərə deyildi. Belə ki, Valdas Dambrauskasın əsas köməkçisi Valerio Zuddas hesab 3:3 olanan sonra Müşfiq Hüseynovun ünvanına olduqca qeyri-etik hərəkət etdi. Bundan sonra texniki zonada aləm bir-birinə dəydi. Məşqçi məşqçi ilə, futbolçu futbolçu ilə... “Qarabağ”dan Zaur Tağızadə və Müşfiq Hüseynov, “Sabah”dan isə Valerio Zuddas rəsmi xəbərdarlıq aldı.
Daha bir maraqlı məqama toxunaq. Belə oyunu Tural Qurbanov kimi gənc referiyə tapşırmaq nə dərəcədə düzgün idi? Konkret vəziyyəti ələ ala bilmirdi. Qorxurdu ki, lap ağır nəsə baş verəcək, qalacaq ortada. Ya həyəcandan, ya da nədənsə hamıdan çox oyunun bitməsini özü istəyirdi. 6 dəqiqə əlavə olunandan sonra cəmi 2 dəqiqə futbol oynanıldı. İtirilmiş 4 dəqiqəni isə kompensasiya etmədi. Heç bir tərəf oyunun bitməsini istəmirdi. 6 qol, verilən və ləğv edilən qırmızı vərəqə, gərginliyin son həddi, 10 mindən çox azarkeş - futbol adına hər şey var idi. Mövsüm ərzində 10 belə oyun olsaydı… Dambrauskas demişkən, belə səviyyədə keçən oyunlar heç də Çempionlar Liqasındakı matçlardan geri qalmır!
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Mart 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri