Kuşner Ağ Evin şərtini açıqladı: Tramp yalnız bu razılaşmanı dəstəkləyəcək
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner özünün "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib. O vurğulayıb ki, gələcəkdə yeni münaqişələrin yaranma ehtimalını azaldacaq istənilən yekun saziş bütün aidiyyəti tərəflər tərəfindən təsdiqlənməlidir: "İstənilən yekun razılaşma müvafiq tərəflər tərəfindən bəyənilməlidir; prezident Tramp yalnız Ukraynanın və Avropanın təhlükəsizliyini gücləndirəcək və gələcəkdə münaqişələrin baş vermə ehtimalını minimuma endirəcək razılaşmaları dəstəkləyəcək".
Kuşner həmçinin qeyd edib ki, NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq və hazırda Vaşinqton avropalı tərəfdaşların da Moskva ilə aparılan sülh danışıqlarının növbəti raunduna birbaşa cəlb olunması üzərində çalışır. Qeyd edək ki, ABŞ nümayəndə heyəti — Cared Kuşner və Stiv Vitkoff son günlər Əbu-Dabi, Moskva və Dublində intensiv məsləhətləşmələr apararaq tərəflər arasındakı ərazi və təhlükəsizlik zəmanətləri ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Noyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















