Çempionlar Liqasında Liqa mərhələsi başlayır
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinə start verilir.
QOL.az-ın xəbərinə görə, Avropanın ən güclü klub turnirində qitənin 36 komandası yarışır. Onların arasında Azərbaycan çempionu “Qarabağ” da var. Qurban Qurbanovun komandası Lissabonda “Benfika”nın qonağı olacaq.
Qeyd edək ki, Liqa mərhələsində ilk 8-i yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanacaqlar. 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaq və qalib 1/8 finala yüksələcək. Mərhələni 25-36-cı yerdə tamamlayanlar Avropa kuboklarında çıxışlarını başa vuracaqlar.
Bu gün turnirdə ümumən 6 oyun var. Digər matçlar isə sentyabrın 17-i və 18-də keçiriləcək.
Bugünkü oyunların təqvimi belədir:
20:45. PSV (Niderland) - “Yunion” (Belçika)
20:45. “Atletik” (İspaniya) - “Arsenal” (İngiltərə)
20:45. “Real” (Madrid, İspaniya) - “Olimpik” (Fransa)
23:00. “Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)
23:00. “Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya)
23:00. “Tottenhem” (İngiltərə) - “Vilyarreal” (İspaniya)
Baxış sayı:130
Bu xəbər 16 Sentyabr 2025 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















