Icma.az
close
up
RU
Çempionlar Liqasında oynamaq istəyirik Turan Tovuz un futbolçusu

Çempionlar Liqasında oynamaq istəyirik Turan Tovuz un futbolçusu

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Çempionlar Liqasında oynamaq istəyirik" - "Turan Tovuz"un futbolçusu

“Turan Tovuz”un müdafiəçisi Emmanuel Hakman Misli Premyer Liqasının 17-ci turunda “Sumqayıt”a qarşı keçirilən oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Qələbəni necə şərh edərdiniz?

- Çətin oyun oldu. Belə olacağını əvvəldən də bilirdik. Rəqib nə qədər güclü olsa da, məqsədimiz qələbə qazanmaq idi. Yaxşı mübarizə apardıq və lazım olan nəticəni qazandıq. Yolumuza davam edirik.

- Birinci hissədə tam üstün olsanız da, ikinci 45 dəqiqədə arxa xətdə boşluqlar verirdiniz. Müdafiədə yaşadığınız çətinliklər nədən irəli gəlir?

- Həqiqətən də oyuna çox yaxşı başladıq, üstünlük tamamilə bizim tərəfimizdə idi. İkinci hissədə rəqib fəallaşdı. Buna da normaldır. Çünki “Sumqayıt” da qələbə qazanmaq istəyirdi. Buna görə onlar böyük qüvvə ilə irəli atıldılar. Biz də oyunumuzu buna uyğun qurduq. Belə anlarda nə etməli olduğumuzu bilirik. Məncə, bacardığımızın ən yaxşısını etdik və layiqli qələbə qazandıq.

- Oyundan əvvəl klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin bazaya gəlməsi, komanda ilə görüşməsi “Sumqayıt”la matçda “Turan Tovuz”a nə dərəcədə müsbət təsir göstərdi?

- Əlbəttə ki, klub rəhbərinin bizimlə bu cür görüşü, komanda üçün böyük motivasiya idi. Sevinirəm ki, etimadı doğrultduq və ilin ilk matçından 3 xalla ayrıldıq.

- Bu qələbə sayəsində turnir cədvəlində üçüncü pilləyə yüksəldiniz. “Turan Tovuz” daha nə qədər irəli gedə bilər?

- Biz Çempionlar Liqasında oynamaq istəyirik. Bunu arzulayırıq. Başa düşürük ki, bu, heç də asan deyil. Lakin eyni zamanda, arzumuza çatacağımıza da inanırıq. Hər oyun keçdikcə, daha da yaxşılaşırıq.

- Növbəti matçınız Çempionlar Liqasının pley-off mərhələsinin bir addımlığında olan "Qarabağ"ladır. Həmin oyundan gözləntiləriniz nədir?

- Əla oyun olacaq. "Qarabağ" da çox yaxşı komandadır. Biz onlara hörmətlə yanaşsaq da, meydana qələbə üçün çıxacağıq. Necə olacağını isə zaman göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://qol.az
archiveBu xəbər 26 Yanvar 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri