Icma.az
close
up
RU
Çempionluğun taleyi “el klasiko”ya qaldı

Çempionluğun taleyi “el klasiko”ya qaldı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

La Liqada ilk beş pillədə qərarlaşan komandaların hamısı qələbə qazandı. Əslində ilk 4 yeri kimlərin tutacağı çoxdan bəllidi. Avrokuboklara qalan vəsiqələr uğrunda isə gərgin mübarizə davam edir. Çempionluğun taleyi də, çox güman, növbəti turda - əzəli rəqiblər arasındakı dueldə bəlli olacaq.

"Football-plus.az" xəbər verir ki, “Barselona” çempionluğu vaxtından əvvəl – “Osasuna” ilə oyunda rəsmiləşdirmək üçün özündən asılı olan hər şeyi etdi. Ancaq qələbə “göy-qırmızılar”a asan başa gəlmədi. Pamplonadakı qarşılaşmada hər iki komanda qol vəziyyəti yaratmaqda çətinlik çəkdi. Düzdü, oyunun əvvəlində Levandovskinin zərbəsi qapıdan azca aralı keçdi. Fasiləyə yaxın isə “Osasuna”nın heyətində Budimir ön plana çıxdı. Xorvatiyalı hücumçu əvvəlcə topu yaxın dirəyə vurdu, bir dəqiqə sonra isə onun yaxın küncə zərbəsini Xoan Qarsiya çıxardı.
Fasilə müəyyən mənada “Barsa”nın işinə yaradı. 50-ci dəqiqədə Olmonun yaxın məsafədən zərbəsinin qarşısını Katena aldı. Ancaq “Osasuna” yenidən oyunu bərabərləşdirdi və hissənin ortalarında hesabı açmağa yaxın oldu. Belə görünürdü ki, oyun qolsuz heç-heçəyə doğru gedir. Levandovski razı olsaydı. 80-ci dəqiqədən sonra üç qol vuruldu. Əvvəlcə Levandovski sonradan oyuna qoşulan Reşfordun ötürməsini qola çevirdi. 5 dəqiqə sonra Torres adını tabloya yazdırdı. Ancaq “Barsa” üçün rahat sonluq alınmadı. 70-ci dəqiqədə meydana çıxan De Aro sona iki dəqiqə qalmış fərqi azaltdı. Son dəqiqələrdə hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab dəyişmədi. “Barsa” vacib qələbə sayəsində “Real”la xal fərqini 14-ə çatdırdı.
Madrid nəhəngi ertəsi “Espanyol”la oyunda xal itirsəydi, “Barsa” elə bu tur çempionluğu rəsmiləşdirəcəkdi. Amma belə olmadı, intriqa növbəti “el klasiko”ya qaldı. İlk yarıda bu oyunun taleyinə aydınlıq gəlmədi. Kataloniyalılar oyuna fəal başlasa da, Vinisius 8-ci dəqiqədə topu dirəyə vurmaqla onları ayıltdı. “Real” hissənin sonuna qədər daha bir neçə təhlükəli hücum qurdu. Ancaq fasilə ərəfəsində “Espanyol” qola daha yaxın oldu. Sadəcə, Lunin Kabreranın zərbəsinin qarşısını aldı. Fasilə qonaqların işinə yaradı. Mübarizə canlanandan sonra Vinisius 11 dəqiqə aralığında dubl etdi. Əvvəlcə ona Qonsalo Qarsiya assistentlik etdi, ardından Bellingem dabanla gözəl ötürmə verdi. “Espanyol” 2-ci hissədə təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkdi. “Real” isə fərqi darmadağın həddinə çatdıra bilərdi. Ancaq Dmitroviç həm Mastantuono, həm də Bellingem ilə dueldən qalib ayrıldı. “Real” “el klasiko” ərəfəsində qələbə yoluna qayıtdı, çempionatda qələbəsiz oyunlar seriyası 17-yə çatan “Espanyol” isə 13-cü pilləyə yuvarlandı.
“Atletiko” da “Valensiya” ilə səfər oyununda çətinlik çəkmədi. Baxmayaraq ki, ÇL oyununu nəzərə alan Dieqo Simeone meydana faktiki əvəzedici heyəti buraxmışdı. Qolları sonradan meydana çıxan oyunçular vurdu: 63-cü dəqiqədə oyuna qoşulan Luke ilə Kubo hərəyə bir dəfə fərqləndi.
Turun ən böyükhesablı qələbəsini “Vilyarreal” qazandı. Aşkar autsayder “Levante”ni qəbul edən “sarılar” 5 qol vurdu. “Vilyarreal” bu qələbədən sonra ardıcıl 2-ci dəfə ÇL-də oynamaq imkanı qazandı. Bu, adı çəkilən klubun tarixində ilk belə haldı.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan digər komandalar – “Betis” və “Selta” rəqiblərinin, uyğun olaraq, “Ovyedo” və “Elçe”nin qapısından üç top keçirdi. Yeri gəlmişkən, “Selta” üç oyundan sonra ilk qələbəsini qazandı.
Turun qalan oyunlarına gəlincə, “Malyorka” səfərdə “Jirona”nı, “Rayo Valyekano” “Xetafe”ni məğlub etdi. “Atletik” isə Niko Uilyamsın son dəqiqələrdəki dublu sayəsində səfərdə “Alaves”ə qalib gəldi. Turun dünən axşam keçirilən son oyununda “Sevilya” “Real Sosyedad”dan üstün oldu.
34-cü tur
Osasuna – Barselona 1:2

De Aro, 88 – Levandovski, 81. Torres, 86. (22745)
Barselona: X.Qarsiya, Kanselo, Martin, Kubarsi, E.Qarsiya (Arauxo, 82), Pedri (Bernal, 88), Qavi (De Yonq, 62), Lopes, Olmo (Torres, 62), Bardaqji (Reşford, 62), Levandovski.
Espanyol – Real 0:2
Vinisius, 55; 66. (31733)
Real: Lunin, Mendi (F.Qarsiya, 14), Höysen, Rüdiger, Aleksander-Arnold, Çuameni (Kamavinqa, 84), Pitarç (Mastantuono, 53), Dias (Q.Qarsiya, 53), Bellingem, Bellingem, Valverde, Vinisius (Palasios, 84).
Valensiya – Atletiko 0:2
Luke, 74. Kubo, 82. (45889)
Atletiko: Musso, Dias, Lanqle, Le Norman, Bonyar (Puriç, 90+7), Varqas, Mendosa (Qrizmann, 73), Morsilyo (Kubo, 63), Molina, Almada (Koke, 73), Belaid (Luke, 63).
Vilyarreal – Levante 5:1
Mikautadze, 38; 68. Moleyro, 62. Byukenen, 87. Pepe, 90 – Espi, 51. (17169)
Selta – Elçe 3:1
Alvares, 14. Aspas, 30. İqlesias, 85 – A.Silva, 82-p. (15401)
Betis – Ovyedo 3:0
Ernandes, 22; 58. Ezzalzuli, 45. (57578)
Jirona – Malyorka 0:1
Koşta, 43. (13886)
Xetafe – Rayo Valyekano 0:2
Kamelyo, 38. Nteko, 73. (7693)
Alaves – Atletik 2:4
Blanko, 8. Tenalya, 68 – Navarro, 46. Sanset, 74. N.Uilyams, 83; 87. (19125)
Sevilya – Real Sosyedad 1:0
Sançes, 50.
1. Barselona 34 29 1 4 89-31 88
2. Real 34 24 5 5 70-31 77
3. Vilyarreal 34 21 5 8 64-39 68
4. Atletiko 34 19 6 9 58-37 63
5. Betis 34 13 14 7 52-41 53
6. Selta 34 12 11 11 48-44 47
7. Xetafe 34 13 5 16 28-36 44
8. Atletik 34 13 5 16 40-50 44
9. Real Sosyedad 34 11 10 13 52-53 43
10. Osasuna 34 11 9 14 40-42 42
11. Rayo Valyekano 34 10 12 12 35-41 42
12. Valensiya 34 10 9 15 37-50 39
13. Espanyol 34 10 9 15 37-51 39
14. Elçe 34 9 11 14 45-53 38
15. Malyorka 34 10 8 16 42-51 38
16. Jirona 34 9 11 14 36-51 38
17. Sevilya 34 10 7 17 41-55 37
18. Alaves 34 9 9 16 40-53 36
19. Levante 34 8 9 17 38-55 33
20. Ovyedo 34 6 10 18 26-54 28
Bombardirlər: Mbappe (Real) - 24, Muriqi (Malyorka) – 21, Budimir (Osasuna), Yamal (Barselona) – 16.
Növbəti turun oyunları mayın 8-11-i aralığında keçiriləcək: Levante – Osasuna, Elçe – Alaves, Sevilya – Espanyol, Atletiko – Selta, Real Sosyedad – Betis, Malyorka – Vilyarreal, Atletik – Valensiya, Ovyedo – Xetafe, Barselona – Real, Rayo Valyekano – Jirona.
Turun rəqəmi
1000 – Dieqo Simeone məşqçi karyerasında 1000-ci oyunu keçirdi. Argentinalı mütəxəssis bunların 793-də “hindular”ın “sükanı arxasında” olub. Simeone “Rasinq Avalyaneda”nı 34, “Estudiantes”i 60, “River Pleyt”i 45, “San-Lorenso”nu 50, “Kataniya”nı 18 oyuna çıxarıb. O, 1000 oyunun 563-də qələbə qazanıb, 225-də heç-heçə edib, 212-də uduzub. Mütəxəssisin hesabında 10 titul var.
Turun ulduzu
Vinisius Junior (Real) – “Espanyol”la oyunun taleyini həll etdi. 2-ci hissədə 11 dəqiqə aralığında iki qol vurmaqla. Hər iki halda qarşısıalınmaz zərbə vurdu. Onun daha bir gözəl ötürməsini Mastantuono boşa verdi.
Turun sitatı
Vinisius Junior, “Real”ın yarımmüdafiəçisi:

“Ölənə qədər bu klubdayam. Mübarizəni davam etdiririk. Biz hələ zirvəyə qayıdacağıq”.


Faktlar
* “Barselona” 34 turdan sonra xal sayına görə La Liqa rekordunu təkrarladı. Flikin komandasının hesabında hazırda 88 xal var. “Barsa” tarixində 3-cü dəfə 34 turdan sonra xal sayını bu həddə çatdırdı. Kataloniya nəhəngi 2010/11, 2012/13 mövsümlərində də bunu bacarmışdı. “Real” da 2011/12 mövsümündə eyni nəticəni göstərib. Turnirin tarixində heç bir başqa komanda 34 turdan sonra 88-dən çox xal toplamayıb.
* Vinisius bu təqvim ilində müxtəlif turnirlərdə vurduğu qol sayını 16-ya çatdırdı. “Böyük beşlik”də çıxış edən futbolçulardan yalnız “Bavariya”nın hücumçusu Harri Keyn 2026-da braziliyalıdan çox – 24 qol vurub.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Oyunçular qələbəni bayram edir. Komandaya və kluba görə sevinirəm. Xüsusən də ilk yarı bizim üçün çətin keçdi. Biz burda qalib gəlmək istəyirdik. Oyunun sonunda yaxşı müdafiə olunduq. De Yonqun meydana çıxması Qavinin sarı vərəqəsi ilə bağlı idi, Reşfordu isə sürəti artırmaq üçün meydana buraxdım. Bu gün biz üzərimizə düşən işi gördük. Sabah baş verəcək hadisələr (“Espanyol” – “Real” oyununu nəzərdə tutur – red.) isə artıq bizim əlimizdə deyil. Çempion olandan sonra qeyd edərik. İndi isə bizə gözləmək qalır”.


Alvaro Arbeloa, “Real”ın baş məşqçisi:

“Çoxdan “quru” oyun keçirə bilmirdik, bu vacib məqamdı. Qələbədən çox razıyam. Dominantlıq etdik, çox çalışdıq. Vinisius növbəti dəfə möhtəşəm oyun keçirdi. O, topu alanda qol vurmağa, məhsuldar ötürmə verməyə qadirdi, daim təhlükə yaradır. Yenə də komandanın lideri idi. Bizi hazırda çox yaxşı oynayan prinsipial rəqiblə vacib oyun gözləyir. Fanatlar və bizim üçün xüsusi oyun olacaq. Yaxşı dincələcək və həmin oyuna hazıralaşacağıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 May 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see200

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see185

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see179

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see174

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see171

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see169

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see167

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see166

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see165

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see164

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see163

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see159

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see158

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see157

Müşahidə adı ilə geosiyasi oyunlar: “Revanşist çağırışlar sülhü riskə atır” Siyasi ekspert

10 May 2026 17:37see156

Qərib Azər yenidən efirə qayıdır VİDEO

11 May 2026 04:15see155

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see153

Bloomberg: Qlobal neft ehtiyatları 270 milyon barel azalıb

09 May 2026 22:55see153

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

10 May 2026 15:59see153

“Sabah” “Sent Patriks”: neçə bilet satılıb?

11 May 2026 01:11see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri