Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çempionun məğlubiyyətsiz seriyasına debütant son qoydu

Çempionun məğlubiyyətsiz seriyasına debütant son qoydu

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Tur “Gənclərbirliyi”nin “İstanbul BŞ” üzərində qələbəsi ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi Volkan Dəmirəlin rəhbərliyi altında keçirdiyi ikinci oyunda ilk qələbəsini qazandı. Başakşəhərlilərin isə 2 oyunluq qələbə seriyası qırıldı.
Noyabrın 8-nə təsadüf edən oyunlar meydan sahibləri üçün çox uğursuz alındı. “Çaykur Rizəspor” Antepdə qələbə hesabını qoruya bilmədi. Ötən tur səfərdə “Qalatasaray”dan xal qoparan “Trabzonspor” “Alanyaspor”la ev matçında favorit statusunu doğrulda bilmədi. Onuaçunun mövsümdəki 8-ci qolu qələbə üçün yetərli olmadı. İkinci hissədə Yanis Yaci səhnəyə çıxaraq “Alanyaspor”u məğlubiyyətdən xilas etdi. Bu, əfsanəvi George Hacinin oğlunun superliqadakı ikinci qolu oldu. Bu xal itkisi Fatih Təkkənin komandasına ikinci pilləni əldən vermək bahasına başa gəldi.
“Kasımpaşa”da eniş davam edir. Şota Arveladzenin “kreslosu laxlamağa” başlayıb. Evdə “Göztəpə”yə uduzan İstanbul klubunun bütün turnirlərdə məğlubiyyət seriyası 3, qələbəsiz seriyası 6 oyuna yüksəldi. “Beşiktaş” “Fənərbaxça” ilə derbidəki üzücü məğlubiyyəti Antalya səfərində unutdurdu. Müxtəlif səbəblər üzündən Orkun Kökçü ilə və Rafa Silvanın oynamadığı, Sərgən Yalçının isə tribunadan izlədiyi qarşılaşmada “qartal” 3:1 hesablı inamlı qələbə qazandı. Son vaxtlar rəqib meydanlarında daha inamlı təsir bağışlayan İstanbul nəhənginin səfərdə məğlubiyyətsiz seriyası 5 oyuna yüksəldi (3 qələbə, 2 heç-heçə). Komandanın sonuncu dəfə belə seriyası 2020/21-də yenə də Sərgən Yalçının başçılığı altında olmuşdu.
Noyabrın 9-da keçirilən oyunlarda isə əksinə, meydan sahibləri tam üstün oldular. Çağdaş Atanın “Konyaspor”un başında ilk oyunu uğursuz alındı. Onun komandası debütant “Fatih Karagümrük”dən iki cavabsız top buraxmaqla həm xala, həm də qola həsrət qaldı. Bu mövsüm Türkiyəni Konfrans Liqasında gözəl təmsil edən “Samsunspor” evdə “Eyüpspor” üzərində çətin və vacib qələbə qazandı.
Bütün turnirləri nəzərə alsaq, məğlubiyyətsiz seriyanı 11 oyuna yüksəldən Samsun təmsilçisi 3-cü pillə ilə xal fərqini 2-yə endirdi. “Ayaks” üzərində parlaq qələbədən sonra Kocaeliyə yüksək əhval-ruhiyyədə yollanan “Qalatasaray” isə fanatlarına əsl şok yaşatdı. Son çempionun bu mövsüm superliqada ilk məğlubiyyətini debütantla oyunda yaşayacağını az adam proqnozlaşdırardı. Özü də nəzərə alaq ki, “sarı-qırmızılar” debütantlara qarşı son 10 matçın hamısından qələbə ilə ayrılmışdılar. Bu, klub tarixinin rekord seriyası idi! Amma görünür, Okan Buruk komandasını bu matça lazımi səviyyədə kökləyə bilmədi. İngiltərəli vinger Daniel Aceyin ilk yarının sonlarında “Qalatasaray” müdafiəsini tar-mar edərək vurduğu qol görüşdə yeganə oldu. Oyunun sonlarına yaxın Osimhen topu tora göndərsə də, VAR-ın bir neçə dəqiqə davam edən incələməsinin ardından ofsayd qeydə alındı.
Beləliklə, son çempionun superliqada 19 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı. Maraqlıdı ki, ilk 7 turda xal itirməyən “Qalatasaray” son 5 turda artıq 7 xal itirib! Bundan başqa, komanda Okan Burukun dönəmində ilk dəfə çempionatda ardıcıl iki qarşılaşmada qola həsrət qaldı.
Domeniko Tedeskonun təyinatından sonra yavaş-yavaş dirçəlməyə başlayan “Fənərbaxça” xal fərqini minimuma endirmək fürsətini əldən vermədi. Ötən mövsüm Kadıköydə 3:3 bərabərə qalmaqla “Fənər”ə çempionluq mübarizəsində sarsıdıcı zərbə vuran “Kayserispor” bu dəfə eyni qəhrəmanlığı təkrarlaya bilmədi. Düzdü, qonaqlar iki qol vurdular. Amma bu qollar xal qazanmaq üçün yetərli olmadı. Hesabı açan Asensio ardıcıl 4-cü turda ən azı 1 qolun vurulmasında yaxından iştirak etdi. “Fənər”in son qolunu vuran Kərəm Aktürkoğlunun da maraqlı bir göstəricisi var. Belə ki, Kərəm Türkiyə çempionatında artıq 69 oyuna çıxıb və bu müddətdə bu turnirdə ən çox (69) qolun vurulmasında yaxından iştirak edən yerli futbolçudu (40 qol, 29 məhsuldar ötürmə).
Onu da bildirək ki, Tedeskonun təyinatından bəri “Fənərbaxça” Türkiyə çempionatında həm ən çox qələbə (6) qazanan, həm də ən çox xal (21) toplayan komandadı.
12-ci tur
Kocaelispor – Qalatasaray 1:0

Acey, 45.
Qalatasaray: Uğurcan Çakır, Sinqo (Şallai, 41), Sançes (Kaan Ayhan, 90), Əbdülkərim Bardakcı, Yakobs (Ərən Elmalı, 64), Lemina, Torreyra (Sara, 64), Sane, Barış Alpər Yılmaz, İkardi, Osimhen.
Fənərbaxça – Kayserispor 4:2
Asensio, 38. Nene, 40; 50. Kərəm Aktürkoğlu, 63 – Onuqkha, 53; 74.
Fənərbaxça: Ederson, Semedo (Mərt Müldür, 68), Şkrinyar, Oostervolde, Ləvənt Mercan (Braun, 85), Fred, Alvares (Bartuğ Elmaz, 85), Nene (Şimanski, 61), Asensio, Kərəm Aktürkoğlu, Talişka (Ən-Nəsiri, 61).
Antalyaspor – Beşiktaş 1:3
Boli, 52 – Abraham, 2. Calo, 27. Jota Silva, 81.
Beşiktaş: Ərsin Destanoğlu, Gökhan Sazdağı, Paulista, Calo, Rıdvan Yılmaz, Ndidi, Salih Uçan (Kartal Yılmaz, 46), Cengiz Ündər (Raşitsa, 80), Çernı (Dəmir Ege Tıknaz, 89), Ture, Abraham (Jota Silva, 67).
Trabzonspor – Alanyaspor 1:1
Onuaçu, 15 – Haci, 73.
Trabzonspor: Onana, Pina, Baniya, Okay Yokuşlu, Mustafa Eskihellaç (Sikan, 76), Jabol Folkarelli, Ulai (Visça, 76), Zubkov, Felipe Auqusto (Arif Boşluk, 59), Olaiqbe (Muçi, 59), Onuaçu.
Samsunspor – Eyüpspor 1:0
Borevkoviç, 85.
Samsunspor: Okan Kocuk, Zəki Yavru, Şatka (Borevkoviç, 46), Van Drongelen, Tomasson, Makumbu, Əmrə Kılınc, Cəlil Yüksəl (Eyüp Aydın, 46), Holse (Mendeş, 88), Musaba (Muandilmaci, 73), Ndiaye (Yunus Əmrə Çift, 88).
Gənclərbirliyi – İstanbul BŞ 2:1
Kelven, 35. Nyanq, 53-p. – Şomurodov, 46.
İstanbul BŞ: Muhammed Şengezer, Onur Bulut, Opoku, Duarte, Ömər Əli Şahinər (Kemen, 87), Umut Günəş, Berat Özdəmir (Arit, 58), Yusuf Sarı (Dəniz Türüc, 77), Kreşpo (Zelke, 68), Da Kosta (Kaluşinski, 58), Şomurodov.
Kasımpaşa – Göztəpə 0:2
Juan Santos, 52; 55.
Qaziantep – Çaykur Rizəspor 2:2
Bayo, 2. Rodriges, 74 – Sou, 29. Rodriges, 59-öz qapısına.
Fatih Karagümrük – Konyaspor 2:0
Serjinyo, 32. Fofana, 45.
1. Qalatasaray 12 9 2 1 25-6 29
2. Fənərbaxça 12 8 4 0 25-10 28
3. Trabzonspor 12 7 4 1 18-8 25
4. Samsunspor 12 6 5 1 18-11 23
5. Göztəpə 12 6 4 2 15-6 22
6. Beşiktaş 12 6 2 4 21-16 20
7. Qaziantep 12 5 4 3 17-20 19
8. Alanyaspor 12 3 6 3 12-12 15
9. Konyaspor 12 4 2 6 18-20 14
10. Çaykur Rizəspor 12 3 5 4 14-16 14
11. Kocaelispor 12 4 2 6 11-15 14
12. İstanbul BŞ 12 3 4 5 13-12 13
13. Antalyaspor 12 4 1 7 13-23 13
14. Gənclərbirliyi 12 3 2 7 12-17 11
15. Kasımpaşa 12 2 4 6 11-17 10
16. Kayserispor 12 1 6 5 13-28 9
17. Eyüpspor 12 2 2 8 6-15 8
18. Fatih Karagümrük 12 2 1 9 12-23 7
Bombardirlər: Onuaçu (Trabzonspor), Şomurodov (İstanbul BŞ) – 8, Ən-Nəsiri (Fənərbaxça), İkardi (Qalatasaray), Umut Nayır (Konyaspor) – 6.
Növbəti turun oyunları noyabrın 22-24-ü aralığında keçiriləcək: Beşiktaş – Samsunspor, Alanyaspor – Kasımpaşa, Eyüpspor – Fatih Karagümrük, Kayserispor – Qaziantep, Göztəpə - Kocaelispor, Konyaspor – Antalyaspor, İstanbul BŞ – Trabzonspor, Çaykur Rizəspor - Fənərbaxça, Qalatasaray - Gənclərbirliyi.
Turun rəqəmi
41 – “Kocaelispor” nəinki turun, hətta mövsümün ən böyük sürprizlərindən birinə imza atdı. Özü də bu komanda evdə “Qalatasaray”ı nə az, nə çox – düz 41 ildən sonra ilk dəfə məğlub etdi. Kocaeli təmsilçisi “Cim-Bom”u fanatları önündə sonuncu dəfə 1984-ün dekabrında yenmiş və sonrakı 6 ev oyununun hamısında qələbəyə həsrət qalmışdı. İstanbul nəhəngi üzərində son qələbəsini isə “Kocaelispor” 2009-un fevralında İstanbulda əldə etmişdi (5:2).
Turun ulduzu
Nene Dorgeles (Fənərbaxça) – “Fənər” həftələr sonra “Qalatasaray”la xal fərqini 1-ə endirmək şansı yaxalamışdı və məhz belə vacib məqamda Nene səhnəyə çıxdı. Malili vinger Türkiyə karyerasında ilk qollarını vurdu. Buna qədər o yalnız 4-cü turda “Gənclərbirliyi” ilə səfər matçında qol sevinci yaşamış, amma sonradan həmin epizod avtoqol kimi qəbul edilmişdi.
Turun sitatı
Rəcəp Durul, “Kocaelispor”un baş məşqçisi:

“Pul qoyuluşu qalmaqalından sonra artıq futbolumuzda bəzi şeylərin axarına düşməsi gözlənilirdi. Nepotizmi Türkiyə futbolundan təmizləməliydik. Bu gün onu təmizlədik! Artıq hakimlər daha ədalətli davranır. Turun digər oyunlarında da bunu gördük. Deməli, ədalətsizlik Türkiyə futbolunu başqa yerlərə daşıyırdı. Başqa klublar bunun sayəsində irəli gedirdi. Futbolda məğlubedilməz komanda yoxdu. Biz oyundan öncə “Ayaks”dan daha güclü olduğumuzu demişdik. “Qalatasaray”a meydanda “Ayaks”la oyundakı qədər rahatlıq verməyəcəyimizi demişdik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:475
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri