Tramp Meksikanı hədələdi
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Meksikanı şimala, Birləşmiş Ştatlara doğru hərəkət edən mindən çox miqrantın qarşısını almayacağı təqdirdə bu ölkədən idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Prezidenti sosial şəbəkədə belə yazıb: “Yenə başladılar. Onlar ABŞ-yə buraxılmayacaqlar. Meksika onları dərhal dayandırmalıdır. Əgər bunu etməsə, Meksikadan idxal olunan mallara tətbiq edilən gömrük rüsumları dərhal ikiqat artırılacaq. Meksika, Texas qubernatoru, Texasın çox liberal yeni qubernatoru, bizim möhtəşəm sərhəd xidmətimiz, İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) bundan xəbərdardır. Heç kimə güzəşt edilməyəcək!”
Əsasən Mərkəzi Amerika ölkələrindən olan təxminən 1500 miqrantdan ibarət qrup çərşənbə axşamı Qvatemala sərhədi yaxınlığında Meksikanın cənubundakı Tapaçula şəhərindən yola düşüb. “Reuters” agentliyinin yazdığına görə, miqrantlar ABŞ-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının qələbəsinin onlara Birləşmiş Ştatlara köçmək, orada yaşamaq və işləmək üçün daha geniş imkanlar yaradacağına ümid edirlər.
Trampın miqrant karvanı ilə bağlı hədələri iyul ayında ABŞ, Meksika və Kanada arasında ticarət sazişinin müddətini uzatmaqdan imtina etməsindən sonra Vaşinqtonla Mexiko arasında yeni ticarət sazişinə dair danışıqların aparıldığı bir vaxta təsadüf edib.
Tramp administrasiyasının sərt immiqrasiya siyasəti ABŞ-nin cənub sərhədinə miqrant axınını nisbətən dayandırıb. Nəticədə Meksikada miqrantlar üçün nəzərdə tutulan bir çox sığınacaq boşalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 12 Noyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















